Hələ də qapalı məkanlarda tibbi maska taxılması tələb olunur. Qapalı yerdə maska taxılması narahatlıq yaradır. 
Bunu açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, qapalı yerlərdə maska taxılmasının aradan qaldırılması yaxşı olardı:
"İnanmıram ki, maska doğurdan da koronavirusdan qorusun. Elə şəxslər var idi ki, 2-3 tibbi maska taxırdı, amma yoluxurdu. Bu, müəyyən qədər qoruya bilər. Qapalı məkanlarda maska taxılması qadağasının aradan götürülməsini istərdim".