“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
11-09-2020, 12:45
154

“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Təzadlar”a açıqlaması növbəti dəfə müzakirələrə səbəb olub. Akademik dövri mətbuatda bəzi şəxslərin ona böhtan atdığını qeyd edərək, onları hədələyib:

“Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”.

Ramiz Mehdiyev adlarını çəkmədiyi həmin şəxsləri məhkəməyə verəcyini bildirib:

“Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.

Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov Modern.az-a açıqlamasında Ramiz Mehdiyevin fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, Ramiz Mehdiyevin hər yeni açıqlaması onu daha da pis vəziyyətə qoyur:

“Şübhə etmirəm ki, vaxtilə ona xidmət edən, yaxın olan bəzi adamlar indi Ramiz Mehdiyevə qarşı çıxıblar. Onlar da öz sözlərini söyləyirlər. Ramiz Mehdiyevin bəyanatından sonra sual yaranır: əgər sən bilirdinsə, bu adamların belə günahları var, əlində olan materilları açsan bunlar ölkədən qaçarlar, o zaman niyə zamanında bunlara himayədarlıq edirdin? Bu qədər nankorluq etdiklərini bilə-bilə niyə onları qoruyurdun, önə çəkirdin, öz ətrafına yığırdın?!”

Eldar Namazov deyib Ramiz Mehdiyev hər şeyə hazır olmalı idi:

“Deməli, nankor tipli insanlardan öz məqsədlərin üçün istifadə etməyə çalışırdın. Axı başqasına dönük çıxanları ətrafınıza yığanda bir gün onların sizə də dönük çıxacağını bilməliydiniz. Elə adamlar var ki, həmişə Ramiz Mehdiyevə yaxınlığı ilə seçiliblər. Mehdiyev günahlarını ört-basdır etmək üçün onlara köməklik edib. Allah Heydər Əliyevə rəhmət eləsin. Bu mənzərəni görsəydi Ramiz Mehdiyevdən soruşardı: “Mənə qarşı nankorluq edənləri niyə müdafiə edib himayənə almısan, önə çəkmisən ki, indi də onlar sənin üzünə durublar?!.”. Ona görə də Ramiz Mehdiyev həmin adaların nankor olduğunu bilə-bilə onları himayə edib. Bu gün isə ona qarşı çıxdıqları üçün onlara nankor deyir”.

Oxşar xəbərlər

Ramiz Mehdiyev: "Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar"
Ramiz Mehdiyev təkzib etdi
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Budurmu dövlət tərbiyəsi? - Seymur Verdizadə
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
İsa Həbibbəyli açıqlama yaydı
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
“Necə getməyim toya, axı mən kişiyəm” – Siyavuş Novruzov
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Əli Həsənov da vəzifəsindən azad edilir
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
"Aydan-arı, sudan-durusansa, yayımla toyun geniş videosunu..." - Mehdiyevin kürəkəninə sərt irad
Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Salyanda pambıq zavodunun həyətində Rəsulzadənin heykəlinin qapalı qalmasına Ramiz Mehdiyev səbəb olub- İttiham...
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur