Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.
O, 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub. Mərhum sənətkar məşhur "Neyçün bəs?" mahnısınin müəllifi və Xan Şuşinskinin sonuncu tələbəsi idi. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirmişdi.