Bakı metropoliteni gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
11-09-2020, 15:10
124

Bakı metropoliteni gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunmasını qərara alıb.
"Bakı Metropoliteni" MMC-dən verilən xəbərə görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-a qədər dayandırılmışdı. Daha sonra epidemioloji vəziyyətlə əlaqədar olaraq Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 255 nömrəli Qərarı ilə avqust ayının 5-nə, 4 avqust 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə avqust ayının 31-nə və 29 avqust 2020-ci il tarixli 311 nömrəli Qərarı ilə sentyabr ayının 15-nə kimi uzadılmışdı.
Yeni növ koronavirus (“COVID-19”) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.
Qeyd edilənlər əsas götürülərək, metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:
1. Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.
2. Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
3. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq.
4. Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.
5. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskakardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır!
Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.(APA)

Oxşar xəbərlər

Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Restoranlarda xidmət tam bərpa edilir
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Həkimlərin gecikən maaşı nə vaxt veriləcək? - Etirazlara dövlət qurumundan CAVAB
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Baş Nazirdən yeni qərar
Mayın 9-da Bakı metrosunun fəaliyyəti bərpa oluna bilər
Bakı metrosu sabah açılır - RƏSMİ + VİDEO
Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
Diqqət: Sabahdan rayonlara gediş-gəliş bərpa olunur
İctimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırılıb
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət etdi
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
Bakı, Sumqayıt və Abşeronda bağçalar nə vaxt açılacaq? - Operativ Qərargah
Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Avqustun 31-dək qüvvədə olan qadağalar
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Şənbə-bazar şəxsi maşınların hərəkətinə icazə veriləcək - Açıqlama
Metro nə vaxt fəaliyyətə başlayır? - Rəsmi açıqlama
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Maliyyə Nazirliyindən dövlət şirkətlərinə xəbərdarlıq
Avqust karantinin son ayı olacaq?