"Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır" - deputat
11-09-2020, 15:42
142

"Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır" - deputat

Siyasi fəal, Qarabağ qazisi Tofiq Yaqublunun həbsi cəmiyyətdə ciddi etirazlara səbəb olub. Ölkənin bir çox tanınmış ziyalısı, siyasi liderlər məsələyə münasibət bildirərək Tofiq Yaqublunun azadlığını istəyiblər.

"BakuPost"un məlumatına görə, VHP sədri, Millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır. Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur: “Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı onun haqda hökm çıxararkən nəzərə alınmalıydı. Belə xırda bir insidentə görə Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsiz hökmdür”.
Deputat həmçinin, hökmdən sonra baş verənlərdən təəssüf hissi keçirdiyini bildirib: “Artıq neçə gündür ki, Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi...İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaqdır..."

Sabir Rüstəmxanlı eyni zamanda məhkəmə hökmləri zamanı qanunun yumşaq üzünün unudulmamasının da vacibliyini bildirib: “Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki... Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməllərin cəzası cərimə ola, maddi tərəfdən qarşılığı ödənilə bilər”.


Oxşar xəbərlər

Siyavuş Novruzov da Tofiq Yaqublunun azad edilməsini istəyir
Tofiq Yaqublunun vəziyyəti pisləşdi - Qan köçürülür
Tofiq Yaqublunun vəziyyəti kritikdir
Tofiq Yaqublunun hər an həyatını itirmək təhlükəsi var
“Dedi ki, ya bəraət verilməlidir, ya da öləcəm” – Tofiq Yaqublunun qızı
Ombudsmanın nümayəndələri Tofiq Yaqubluya baş çəkdi
Tofiq Yaqubluya hökm oxundu
Vəkil Tofiq Yaqublu ilə görüşdü
Tofiq Yaqublunun vəziyyəti ağırlaşdı
“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb?
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Tofiq Yaqublu komaya düşə bilər
"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - Foto
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
Lopeteqi "Qarabağ"ın futbolçuları ilə görüşdü
"Qarabağ" "Sevilya"ya belə uduzdu
“Tofiq Yaqubluya 4 il, şagirdi zorlayan müəllimə 1 il iş verilirsə...”
Tofiq Yaqublu barəsində hökmdən apelyasiya şikayəti verilib
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
"Qarabağ" - APOEL oyununun biletləri satışda
“Mənə dedilər ki, köməklik ediləcək” - Deputatın köməkçisi Qarabağ qazisinə zəng vurdu...
"Qarabağ"ın rəqibi Bakıya yollandı
Ombudsman Tofiq Yaqubluya baş çəkib
“Leş Tofiq”  canını həbsdən necə qurtardı ?
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
“Qarabağ”ın oyununda erməni təxribatı
Bu uşaq "Qarabağ" - "Sevilya" matçından əvvəl etdiyi hərəkəti ilə gündəm oldu
Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”