Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
11-09-2020, 19:25
87

Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU

Tərtər şəhər İcra Nümayəndiliyi yaşayış binalarının əsaslı təmir işlərinin və abadlaşdırma xidmətlərinin həyata keçirilməsi ilə bağlı tender elan edib. 

Yenisabah.az xəbər verir ki, tenderin qalibi "Star Construktion-12" Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Müqaviləyə əsasən QSC  96 883.29 AZN-ə yaşayış binalarını təmir etməli, 73 8015.66 AZN-ə isə abadlaşdırma xidmətlərini həyata keçirməlidir.

İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Star Construktion-12” QSC 4 mart 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.

Araşdırmalarımız nəticəsində bəlli olub ki, Mirsahib Bayramov Bakı Şəhər Təhsil İdarəsində təchizat şöbəsinin rəisi olub. Lakin hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarov Təhsil naziri olanda Mirsahib Bayramovu işdən azad edib. Medianın yazdığına görə, buna səbəb Mirsahib Bayramovun fəaliyyətində ciddi nöqsanların aşkarlanması olub. Yoxlamalar zamanı aydın olub ki, Mirsahib Bayramovun dövründə məktəblərin təchizatı bədbad vəziyyətdə olub. 

Mirsahib Bayramov işdən çıxdıqdan sonra “Star Construktion-12” QSC-də fəaliyyəyə başlayıb. Araşdırmalarımız zamanı o da məlum olub ki, QSC əvvəllər MMC kimi fəaliyyət göstərib. 2018-ci ildə isə “Star Construktion-12” MMC ləğv edilərək eyni adlı QSC yaradılıb. 

Sözügedən şirkət həm də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin paytaxtda abadlıq və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı tenderlərin qalibi olub. Şirkət 2020-ci ilin 3 ayında “Bakı şəhər Əsaslı Tikinti və Təmir”  MMC-dən ümumi dəyəri  22 569 688 manat olan dövlət sifarişi alıb.

Oxşar xəbərlər

Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
Bir manatlıq şirkətə milyonluq tender verildi
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Camaat canının hayına qalanda...
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Psixiatriya Xəstəxanasında tender oyunu
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Avtobus sürücüsünü döyən şirkət müdirini “Azərkosmos“-a nə bağlayır?
Qafqaz Universiteti ləğv olunur
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
Mədəniyyətə ayrılan büdcə pulları ŞƏKİDƏ BELƏ YEYİLİB - FAKTLAR
Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı ARAŞDIRMA BAŞLADI
Bakının Zığ qəsəbəsində 56 ev söküləcək
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Nazir onu bu bölməyə rəis TƏYİN ETDİ
Milli Məclis tarixində ilk
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi