Müğənni Günel Zeynalova sosial şəbəkə paylaşımı ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında arxiv fotolarından birini paylaşıb. Günelin şəkilində onun musiqiçi dostları ilə yanaşı iş adamı Rza Zərrab da yer alıb. Arxiv görüntü 20 il əvvəl lentə alınıb. 
Müğənninin bu paylaşımı izləyiciləri tərəfindən təəccüblə qarşılanaraq müzakirələrə səbəb olub. 
Sözügedən fotonu Zeynalovaya Selami adlı dostu göndərib. O, Günelə göndərdiyi şəkili öz instaqram səhifəsində də paylaşıb.