"Hər kəs çox yaxşı bilir ki, Orduda smartfon telefondan istifadə etmək qəti qadağandır"- Ekspertlər
11-09-2020, 23:08
117

"Hər kəs çox yaxşı bilir ki, Orduda smartfon telefondan istifadə etmək qəti qadağandır"- Ekspertlər

“Erməni kəşfiyyatçısının əsir götürülməsi faktının belə aspektdə gündəmə gətirilməsi düşmənin maraqlarına xidmət etməkdir” 
"İlk olaraq onu qeyd etməliyəm ki, xüsusi tapşırıq yerinə yetirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən əsir götürülən Ermənistan ordusunun diversiya-kəşfiyyat qrupunun komandirinin məsələsinin yenidən bu aspektdə, yəni xidməti məsələlərin və hərbi, eləcə də dövlət sirri təşkil edəcək məsələlərin sosial şəbəkələrdə müzakirə edilməklə gündəmə gətirilməsi düşmənin maraqlarına xidmət etməkdir. Buna başqa cür yanaşmaq, müxtəlif don geyindirmək düzgün deyil". 
Bu sözləri ehtiyatda olan zabit Yunis Eldaroğlu bildirib.
Onun sözlərinə görə, döyüş bölgəsində, qoşunların təmas xəttində xidmət edən hərbi qulluqçunun əmrin tələblərini pozması istər nizamnamələrdə, istərsə də hüquqi müstəvidə yolverilməzdir:
"Əmrin tələblərini pozduqlarına görə təqsirkar hərbi qulluqçuların xidmətdən ehtiyata buraxılmasına gəlincə, hesab edirəm ki, bu qərar düzgündür və hərbi xidmətin tələblərinə tam uyğundur. Dünən Müdafiə Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, “faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”. Düşünürəm ki, əgər hüquqi müstəvidə qiymət verilərkən həmin şəxslərin əməllərində cinayət tərkibi olduğu da üzə çıxarsa, onların qanun qarşısında cavab vermələri qaçılmazdır.  Belə ki, Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozan bəzi hərbi qulluqçular mütləq mənada cəzalanmalıdır ki, bu barədə də komandanlıq tərəfindən düzgün addım atılıb. Hərbi xidmətdə, hərb bir əmr qeyd-şərtsiz və sözsüz icra edilir. Bu dediklərim Hərbi Andda öz əksini tapmışdır: - “Səmimi, cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin tələblərini yerinə yetirəcək, komandirlərin və rəislərin əmrlərinə sözsüz tabe olacağam”. Bu Andı qəbul edən hər bir hərbi qulluqçu andını pozduğu halda ölkəmizin qanunlarına müvafiq olaraq  tam ciddiyəti ilə məsuliyyət daşıyacağına hazır olduğunu bəyan edir". 
Y.Eldaroğlu bildirib ki, bu məlumatla bağlı diqqət yetirilməli bir məqam da odur ki, həmin hərbi qulluqçular “sosial şəbəkələrdə iddia edildiyi kimi erməni diversantını tutmayıblar”:
"Onlar sadəcə əmrin tələblərini kobud şəkildə pozaraq, ələ keçirilən erməni kəşfiyyatçısının foto və video görüntülərini çəkərək yaxın qohumarına göndəriblər və nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Bununla da onlar həmin istiqamətdə yerləşən bölmələrimizin əməliyyat imkanlarına ciddi xələl gətiriblər. Əminəm ki, həmin hərbçilərin məsuliyyətsizliyi səbəbindən erməni diversantla bağlı planlaşdırılan bəzi tədbirləri komandanlıq ləğv etmək məcburiyyətində qalıb. Hesab edirəm ki, əgər cəzalandırılan hərbçilər bu addımı ataraq, görüntülərin yayılmasına şərait yaratmasaydılar, Ermənistan ordusunun diversiya-kəşfiyyat qrupu ilə bağlı bir çox səmərəli addımlar atmaq, daha çox bilgilər əldə etmək mümkün ola bilərdi. Kim zəmanət verə bilər ki, onlar bu yolla başqa xidməti və məxfi məlumatların yayılmasına şərait yaratmayıblar. Hər bir hərbi qulluqçunun yadındadır ki, hətta xidməti və digər telefon aparatlarının üzərində “Diqqətli ol düşmən qulaq asır” sözləri yazılıb. Bu dünyanın bütün ordularında belədir. Hərbçilər arasında geniş yayılan bir zərb məsəli də var ki, “Boşboğaz casus üçün tapıntıdır”. Bir daha demək istəyirəm onlar əsiri tutduqlarına görə yox, müvafiq əmri kobudcasına pozduqlarına görə ordudan kənarlaşdırılıblar. 
Sonda münasibət bildirmək istədiyim bir məsələ də, bu diversiantın görüntülərini yaydığına görə tərxis edilən hərbçilərlə haqqında yayılan məlumatlarda müddətdən artıq hərbi qulluqçularının qəbulu ilə bağlı səsləndirilən əsassız və qeyri dəqiq olan iddialardır.  Səsləndirilən fikirlərin yalan olmasını bilmək üçün dahi biliklərə sahib olmağa gərək yoxdur. Belə ki, Müdafiə Nazirliyinin müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı elanlarına nəzər yetirmək kifayətdir. Çünki müddətdən artıq hərbi xidmətə qəbul edilmək istəyən hərbi qulluqçuların seçilməsi, ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin edilməsi səlahiyyəti yerlərdə, hərbi hissə komandirlərinə verilib. Bu məsələyə Baş Qərargah müdaxilə etmir. Komandirlər özləri qərar verirlər və tələb edilən sayda və peşəkarlığı, bacarığı qane edən gəncləri müqaviləli xidmətə qəbul edirlər. Kiminsə, hansısa hərbi qulluqçunun tərxis edilməsi isə yenə də komandirlərin əsaslandırılmış vəsatətləri əsasında, nizamnamələrin və qanunların tələblərinə müvafiq həyata keçirilir. Fikrimcə Müdafiə Nazirliyinə aid xidməti məsələlərin şou xarakterli müzakirələrinə rəvac verilməsi yolverilməzdir".
"Ordumuzun nüfuzuna xələl gətirən hərəkətə yol vermək qəbuledilməzdir!"
"Xeyli vaxtdır ki, bir zabit kimi ehtiyata buraxılsam da, həmişə Azərbaycan Ordusunda baş verən prosesləri yaxından izləyirəm. Ordumuzun hər bir uğuruna ürəkdən sevinir, əgər neqativ bir hadisə baş verərsə, öz problemim kimi ona acıyıram".
Bu sözləri isə mövzu ilə bağlı ehtiyatda olan polkovnik-leytenant Əzizağa Əbilov bildirib:
"Ordumuzun son illərdə qazandığı nailliyyətlərin üzərində çox dayanmaq istəmirəm. Bu barədə, demək olar ki, övladları əsgərlikdə olanlar yetərincə məlumatlıdırlar. Hərbi hissələrimizin təminat və təchizatının yüksək olduğuna onlar övladlarına baş çəkdikdə əmin olurlar. Döyüş hazırlığının yüksək olmasını da ordu ilə, onun fəaliyyəti ilə maraqlananlar yaxşı bilirlər. 
Məlum olduğu kimi, bu günlərdə Ermənistan Ordusunun diversiya-kəşfiyyat qrupunun təxribat cəhdinin qarşısı Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində alındı, qrupa rəhbərlik etmiş zabit isə döyüşçülərimiz tərəfindən ələ keçirildi. Bu o deməkdir ki, düşmənin bütün təxribatlarının qarşısını yüksək döyüş hazırlığına malik qoşunlarımız qətiyyətlə alır.
Qeyd etmək istəyirəm ki, bəzən neqativ hallara gətirən intizamsızlıq edən hərbi qulluqçulara da rast gəlinir. Təmas xəttində düşmənin diversiya-kəşfiyyat qrupunun törətmək istədiyi təxribatın qarşısı alınarkən döyüşçülərimizin ələ keçirdiyi erməni zabitinin videoçəkilişini kimsə sosial şəbəkələrdə paylaşmışdı. Təbii ki, bunu cəzasız qoymaq olmazdı. 
Təəccüb doğuran odur ki, sosial şəbəkələrdə bəzi insanlar bilərəkdən və ya anlamazlıqdan yersiz məlumatlar yayır, guya düşmən zabitini tutmuş hərbçinin haqsız cəzalandırıldığını qeyd edirlər. Bildiyimə görə həmin hərbi qulluqçu erməni zabitini ələ keçirməyib, videonu paylaşmaqla özünü “qəhrəman” kimi ictimaiyyətin gözünə soxmağa cəhd edib. Bununla da ordumuzun nüfuzuna xələl gətirən hərəkətə yol verib. 
Ordu sıralarında xidmət edən hər kəs çox yaxşı bilir ki, smartfon telefondan istifadə etmək qəti qadağandır və bu əmri pozanlar dəfələrlə ciddi cəzalandırılıb. Bunu bilə-bilə qaydanı pozan şəxs aldığı cəzaya görə ilk növbədə özünü ittiham etməlidir. Orduda qanun və intizam qaydaları generaldan tutmuş əsgərədək hamı üçün eyni gücə malikdir. Əmrin tələblərini pozanlar da müvafiq cəzalarını almalıdır".

Oxşar xəbərlər

Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Əsir götürülən komandirlə bağlı erməni açıqlaması
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Pandemiya dövründə əsgərlərin qida rasionu necə tənzimlənir? - Xidmət rəisi açıqladı
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Azərbaycan Ermənistanın iki zabitini beynəlxalq axtarışa verdi
Düşmənlə təmas xəttində 89 müasir sərhəd məntəqəsi istifadəyə verilib
Ermənistan girovların dəyişdirilməsinə niyə hazır deyil? - TƏHLİL
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
Erməni diversiya qrupu təxribat törətdi
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Şəhidimiz dəfn olundu
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Hərbi Polisin sabiq rəisindən Aydın Mirzəzadəyə sərt cavab:"Millət vəkilisiniz, Orduda baş verənlərə niyə susursuz"
Türkiyə ordusunun generalı Suriyada vəfat edib
Düşmənin hərbi nəqliyyat vasitəsi sərrast atışla məhv edilib - Naxçıvan istiqamətində +Video
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
DİN-dən Müdafiə Nazirliyinin məlumatına münasibət
Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi, dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun
Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO