Naxçıvan Azərbaycanın bizə əmanətidir - Türkiyəli nazir
11-09-2020, 23:14
114

Naxçıvan Azərbaycanın bizə əmanətidir - Türkiyəli nazir

"Hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır".
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu bu gün Türkiyədə səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib. 
Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırdı.
Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan diqqəətə çatdırdı ki, Naxçıvan Azərbaycanın bizə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk. Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq.  
Səmimi qəbul üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu onun ilk rəsmi səfəridir. Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini Türkiyəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu belədir. Biz “bir millət, iki dövlətik”. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni  zamanda,  bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir. 
İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan Milli Məclisin Sədri bildirdi ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi türkdilli ölkələri birləşdirən bir dəmiryoludur və onu yalnız Qəqim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçib. 
Milli Məclisin sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd edib ki,  hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
Ərdoğanı ABŞ-da belə qarşıladılar
Spiker Sahibə Qafarova daha bir vəzifəyə seçildi
Nazir: "Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2,3 mlrd. dollara çatıb"
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM
Azərbaycan ilk dəfə Asiya Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunacaq
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Aqil Abbasın etirazına spikerdən dəstək
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
“Çoxu Türkiyənin ABŞ-ın vacib ticarət tərəfdaşı olduğunu unudur” - Tramp
“Sədərək”dən açıqlama: “Yusif Qədiməliyevi kim işdən çıxara bilər?”
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
Spikerdən sərəncam – dörd şöbə birləşdirildi
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Sahibə Qafarova onu özünə köməkçi TƏYİN ETDİ
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Hikmət Hacıyev Türkiyədə səfərdədir
Yeni Baş nazirdən ilk açıqlama
"Sədərək" Ticarət Mərkəzi sökülür
Səfa Mirzəyev şöbə müdirlərini toplayır – Rəhbərliyə təqdim edəcək
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?
Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində