Anti-İslam bir iqtidarın hakim olduğu və müsəlmanlara qarşı mütəmadi təqib, qətliam və repressiyaların törədildiyi Hindistanda polis rəisinin kürsüsündə əyləşmiş hicablı bir qızın zabitlərin əhatəsindəki foto-şəkili hinduist millətçiləri arasında qızğın müzakirələrə və qəzəbə səbəb olub.

Moderator.az “The Print” nəşrinə istinadla xəbər verir ki, Maharaştra əyalətindəki bir polis rəisinin ofisindəki masada mərkəzdə ağ hicablı bir gənc müsəlman xanımın formalı polislərin əhatəsində əyləşməsinin görüntüləndiyi foto-şəkil sosial mediada gündəmə çevrilib. 


Bəzi sosial media istifadəçiləri çəkilişin tarixi olduğunu düşünüblər -  çünki hazırkı Hindistanda hicablı bir müsəlman qadının  polis rəisi olması heç kəsin ağlına sığmır. Radikal hinduistlər başda olmaqla digərləri isə “hakim partiyanın millətçi olduğu bir halda buna necə icazə verilib” kimi suallar yağdırmağa başlayıb.

Faktın araşdırlması zamanı məlum olub ki,  polislərin əhatəsindəki  bir müsəlman qızın foto-şəkli Buldxana  dairəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə çəkilib. Həmin vaxt bölgə rəhbərliyinin təşəbbüsü ilə məktəbli qızların bir günlük vergi və polis məmurları rolunu oynamasına icazə verildiyi bilinib. Və fotonun mərkəzindəki hicablı xanımın yerli məktəbin 14 yaşlı şagirdi Saxriş Kanval olduğu üzə çıxıb.

Sultan Laçın