Səfər Mehdiyevlə bağlı siyahı yayıldı: - Yüksək vəzifələrə təyinat prinsipi…
12-09-2020, 08:59
151

Səfər Mehdiyevlə bağlı siyahı yayıldı: - Yüksək vəzifələrə təyinat prinsipi…

Azərbaycanda Gömrük sistemində mövcud olan problemlər zaman-zaman medianın gündəmində olub. Hətta bu mövzu Səfər Mehdiyev quruma rəhbər təyin olunan vaxtdan gündəmdən düşməyib də deyə bilərik.

“Yeni Sabah” bildirir ki, sonuncu olaraq xaricdən gətirilən mallara 300 dollarlıq limitin qoyulması böyük qalmaqala səbəb olub. Məsələ hələ də medianın və sosial şəbəkələrin müzakirəsindədir. Komitə isə qəraarın haqlı olduğunu “əsaslandırmaqda” davam edir…

Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı daha bir qalmaqallı xəbəri isə Meydan TV-nin rəhbəri Həbib Müntəzir yayıb. Jurnalistin yaydığı məlumatdan bəlli olur ki, bu dövlət qurumunun rəhbərliyinə S. Mehdiyev yalnız yaxınlarını və həmkəndlilərini toplayıb. O, Gömrük sədrinin kadr siyasətinin klan prinsipinə əsaslandığını qeyd edib.

İndi isə siyahını təqdim edirik. Bir dövlət qurumunun rəhbərliyində eyni kənddən bu qədər yüksək vəzifəli şəxsin olması normaldırmı?

- Sədr: Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.

- Müavin: Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.

- Müavin: Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.

- Müavin: Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri

Digər struktur rəisləri:

- Daxili Təhlükəsizlik İdarəsi rəisi: Rəşad Zalov, 1980, Naxçıvan.

- İnzibati İdarəetmənin Təşkili idarəsi: Nüsrət Qurbanov, 1963, Naxçıvan.

- Xarici Əlaqələr İdarəsi rəisi: Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.

Hüquqi təminat şöbəsi rəisi: Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.

- Mətbuat Xidmətinin rəisi: Natiq Axundov, 1977, Naxçıvan şəhəri.

- Katibliyin rəisi: Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.

- Avtomobil Nəqliyyat İdarəsi: Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi.

- İnfrastrukturun İnkişafı İdarəsi: Qasımov Kamil, 1960, Babək, Çeşməbasar.

- Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi: Məsum Rəsulov, Naxçıvan, Babək, Nehrəm

- Gömrük Komitəsinin Akademiyasının rəisi: Qulu Novruzov, 1970, Naxçıvan, Babək, Nehrəm.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyində yaxın qohumların yüksək vəzifəyə təyin olunması qadağandır. Bu, bir neçə qanunda öz əksini tapıb. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində isə deyilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Oxşar xəbərlər

Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Səfər Mehdiyev deputata savaş açır..
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
"Səfər Mehdiyevə qarşı da bir əməliyyat keçirilməlidir..." - İTTİHAM
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Səfər Mehdiyevlə “Karqo Şamil”i nə bağlayır? – Yoxsa onu görməzdən gəlməzdi…
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
Səfər Mehdiyev üçün həlledici son 10 gün... - Qərar veriləcək...
Əbülfəz  Məlikovun “Legenda”sı və 420 min avro ziyan-MƏLİKOV HƏBS OLUNA BİLƏR
Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Gömrük Komitəsinin binası söküləcək
DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı yeni qalmaqalda - Sahibkardan açıq məktub
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
Cavad Zərif sabah Livana səfər edəcək
Əli İnsanovun qardaşı oğlu Mehman İnsanov türk iş adamına külli miqdarda pul  atıb-İDDİA
Səfər Mehdiyevdən PA rəhbərinə şikayət olundu - Qanunsuz ƏDV tələb olunur...
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi