Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib
12-09-2020, 16:53
95

Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 12-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 552 küçədə dezinfeksiya işləri görüb.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.
***
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
Tədbirlər çərçivəsində sentyabrın 12-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti – on ikinci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Axşam saatlarınadək həm paytaxtın mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi, 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edirlər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Bu istiqamətdə bütün lazımi tədbirlər görülür.

Oxşar xəbərlər

Bakıda 551 küçə dezinfeksiya edildi
Bakıda bu gün növbəti dezinfeksiya işləri aparılacaq
Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur - Diqqət!
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir
Bakıda sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın
Sabah paytaxt küçələrinə çıxmamaq məsləhətdir...
Biləcəridə vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edilib - Video
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Şirvan şəhər İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilib
Tərtər rayonunda koronovirusa qarşı dezinfeksiya işləri davam etdirilir
Bakı polisi razılaşdırılmamış küçə yürüşü ilə bağlı məlumat yayıb
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Prezident maraqlandı, meriya hərəkətə keçdi
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
Neçə icra başçısının başı ağrıyacaq
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Bakı polisindən karantin rejmi ilə bağlı AÇIQLAMA
Bakıya 115 yeni avtobus gətirilir
Bakıda küçədə silahlar tapılıb
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Prezident və birinci xanım İçəri Şəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib, Fotolar
Gəncədə iki top mərmisi tapıldı
Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - Yeniləndi
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
Şirvanda yoluxmaların sayının artması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ