Azərbaycanda məmur problemi və....
Ruslan Əliyev nümunəsi, örnəyi....
“Azəriqaz”ın baş direktoru 1 faizlik həqiqəti belə araşdırmağı və təmin etməyi tələb edir...
Bu gün Azərbaycanda ən böyük problem məmur problemidir.
Görün, problem hansı həddə çatıb ki, Prezident İlham Əliyev cənabları belə məmurların ünvanına harınlamış ifadəsini işlədir və deyir ki, xalqdan qorxmursunuzsa, barı Allahdan qorxun.
Təsəvvür edirsiniz, ölkə başçısı deyir bu sözləri...
Bundan artıq nə demək olar..?
Yaxşı ki, ölkəmizdə az-çox nümunə ola biləcək, örnək sayılacaq məmurlar da var.
Belə məmurlardan biri də, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin Baş direktoru, Texnika üzrə Fəlsəfə doktoru Ruslan Əliyevdir.
Sözün düzü, bizim Ruslan Əliyevdən zərrə qədər asılacağımız yoxdur.
Sadəcə, bu şəxsin son bir ildə cəmiyyətə və vətəndaşlara ünvanladığı müraciətlər bizi bir vətəndaş olaraq məmnun edib, ona görə də bu yazını qələmə aldıq.
Qısa məlumat üçün qeyd edək ki, Ruslan Əliyev 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib.
1999–2001-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alaraq, "İstilik elektrik stansiyaları" ixtisası üzrə ali peşə istiqaməti üzrə magistr dərəcəsi alıb.
2004–2007-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" ixtisası üzrə aspirantura təhsili almışdır.
2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsini bitirib.
2016–2020-ci illər — Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmlər doktoru proqramı üzrə dissertantura təhsili almışdır.
1999–2006-cı illər — Azərenerji Açıq Səhmdar Cəmiyyətinin qazan turbin sexində maşinist, operator, qaz turbin qurğusunun maşinisti, növbə rəisi vəzifələrində çalışıb
2006–2007-ci illər — Azneft İstehsalat Birliyinin Azneftekologiyaservis İdarəsində energetik vəzifəsində çalışıb.
2007–2009-cu illər — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2009–2013-cü illər — Azəriqaz İstehsalat Birliyində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2013–2015-ci illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun əməyin mühafizəsi üzrə müavini vəzifəsində çalışıb.
2015–2019-cu illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb.
2019-ci il, 01 noyabr — Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib və hal-hazıradək həmin vəzifədə çalışır.
Ruslan Əliyev həm də elmi pedoqoji fəaliyyətlə də məşğul olub.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Texnika üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olub və 2020-ci ildə təhsilini başa vurmuşdur. 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Biznesin iqtisadiyyatı və menecment" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif elmi jurnallarda dərc olunan 40-dan çox elmi məqalələrin müəllifidir.
Ruslan Əliyevi bəzi məmurlardan fərqləndirən nədir..?
Ki, cəmiyyətdə bu şəxsə qarşı böyük rəğbət var.
Biz həmişə yazmışıq ki, məmurun sehrli çubuğu-zadı yoxdur ki, bir anda vətəndaşların illərlə yığılmış problemini həll etsin. Amma…
Əmması odur ki, məmurun borcu vətəndaşları dinləmək, problemini bölüşmək və imkan daxilində həllinə nail olmaqdır.
Bəli, bizim vətəndaşları ali təbəqənin nümayəndəsi kimi qəbul edib dinləyəndə, vətəndaş özü də razı qalır. Söhbət problemi həll etməkdən deyil, insana insani münasibətdən gedir.
Yoxsa, şəhidin atası 6 ay məmurun, icra başçısının qəbuluna düşə bilməyəndə, təsəvvür edirsiniz insan özünü necə hiss edir...?
Sözümüzün canı odur ki, Ruslan Əliyevin üstünlüyü və fərqi vətəndaşlara insani münasibətlə yanaşmasıdır.
Biz demirik ki, Ruslan Əliyev 1 saata vətəndaşın problemini həll edə bilər.
Bəli, Ruslan Əliyev şikayət edən, zəng edən vətəndaşlarla özü birbaşa danışır.
Təəccüblənməyin, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev ona müraciət edən vətəndaşlara özü birbaşa zəng edəcək.
Sosial şəbəkələr üzərindən müraciətlərə xüsusi diqqət ayıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.
Bu özü gözəl nümunədir.
Ruslan Əliyev qazla bağlı şikayət edənləri bəzi məmurlar kimi topa-tüfəngə tutmur və deyir:
“Hər zaman bəyan etmişəm ki, əgər ədalətsiz tənqidlərin kökündə bir faiz olsa belə həqiqət varsa, məqsəd ittihamlara cavab yox, həmin o bir faizlik həqiqətin təmin edilməsi olmalıdır. Çünki inkişafımız, etibarımız tənqidlərdən nəticə çıxarmağımızdan çox asılıdır”.
Fərqi gördünüzmü..?
Hətta vətəndaşın tənqidinin kökündə 1 faiz həqiqət varsa, araşdırılmalıdır…
Amma bəzi məmurlar özləri barəsində tənqid oxuyan kimi məhkəmələrə cumurlar.
Sözün qısası, Ruslan Əliyevin qısa vaxtda Azərbaycan cəmiyyətində qazandığı rəğbətin ciddi səbəbləri var.
Yaxşı olar ki, digər məmurlar da Ruslan Əliyevdən nümunə götürsünlər. Xalqa sədaqətli olmaq, ölkə başçımız, cənab Prezidentimiz Ali Baş Komandanımıza sadiq olmaq deməkdir.
Ruslan Əliyev işinin öhdəsindən peşakarcasına gəlir- Azəriqazda İRƏLİLƏYİŞLƏR…
05
may
20:55

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qaz sayğacları ilə bağlı yeni qanun layihəsi qəbul ediləcək - AÇIQLAMA
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a 25 milyon manat borcu var
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
“Qaz pulu” borcu olanlara xəbərdarlıq - SMS gələcək
Yeni qaz limiti nə vaxtdan hesablanacaq? - RƏSMİ
Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM
“Susuzluğumu yatırmaq üçün öz qanımı ovuc-ovuc içirdim” - Qarabağ qazisi + Video
Siyəzəndə səhiyyə İFLİC DURUMDADIR - GİLEY
Prezidentlə görüş zamanı çıxışı ilə yadda qalan qaziyə vəzifə verildi
Hacıqabul Notariusunun rəisi Ruslan Səfərovun 20 dəqiqə 43 saniyəlik etirafı… - Ruslan Səfərov HƏBS olunacaqmı ?
Hacıqabulda Ruslan Səfərov “notariat bazarı” açıb…. - Ruslan öz işindədir, kim kimədir Hacıqabulda….
Siyəzəndə vəziyyət URUSCADIR... - NARAZILIQ!
Qeydiyyat və Notariat Baş İdarəsi hara baxır ..? - Hacıqabul Notariusunun rəisi Ruslan Səfərov niyə həbs olunmur ?
Səfər Əbiyevin oğlu iş adamını məhkəməyə verdi - 200 minlik iddia
Prezident koronavirusla bağlı vəziyyətdən DANIŞDI
Bu problem təkcə bizim yox, bütün dünyanın problemidir - Elman Nəsirov
Məmurların ölkədən çıxardığı milyardlar geri qaytarılacaq?
Niyazi Bayramovun “GƏNCƏ XANLIĞI”- Niyazi Bayramov Prezidenti necə aldatdı…?
- "Ehtiyac yaransa, Tayvanı hərbi yolla müdafiə edəcəyik" - Bayden
- 1000-dən çox erməni Laçın şəhərini tərk edib
- Həyətyanı sahəsində narkotik plantasiyası salan şəxs tutulub - FOTO
- Hansı bürclər ideal valideyn olur? - Sıralama
- Bakı-Şuşa reyslərinin sayı artırıldı
- Uzun illər axtarışda olan şəxs tutuldu
- "Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə
- Aktyorun festivalda telefonu oğurlandı
- Meymunçiçəyi ilə bağlı daha bir xəbərdarlıq: Cinsi yolla keçir
- Türkiyəli aktrisa xərçəngə tutuldu - Foto
- Türkiyədə illik inflyasiya: Dollar bahalaşacaq
- Sosial sığorta haqqı yeni qaydada qeydə alınacaq
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Azərbaycan nefti bir qədər də bahalandı
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA
- Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- ABŞ Ukraynaya 40 milyardlıq yardım göndərir
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar