Əli Həsənovun qırmızı yalanı
13-09-2020, 14:29
65

Əli Həsənovun qırmızı yalanı

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Sabiq məmur üç-dörd gündən bir özünün facebook səhifəsində insanları çaşdırmağa hesablanmış statuslar yazsa da, faktları qarışdırmaqla özünü də çətin vəziyyətdə qoyub. Əli Həsənovun ziddiyyətli açıqlamaları onun personasına olan marağı daha da artırıb.
Əli Həsənov avqustun 19-da  Azərbaycanı tərk edib. Buna səbəb kimi onun səhhətinin psləşdiyi göstərilib. Yaxın ətrafının verdiyi məlumatdan aydın olub ki, sabiq məmurun ürək-damar sistemindəki problemlər kəskin xarakter aldığı üçün o, uzun illərdən bəri müayinə olunduğu Türkiyəyə üz tutub.
AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyevanın qalmaqallı toy mərasiminin ictimailəşməsindən sonra Həəsnovun xəstəliyinə siyasi rəng verənlərin sayı sürətlə artdı. Analitiklər kifayət qədər məlumatlı adam olan sabiq şöbə müdirinin vaxtında “aradan çıxdığını” iddia etdilər. Ümumi rəy belə oldu ki, Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra “tozanaq” qopacağını yaxşı bilən Həsənov çıxış yolunu ölkəni gecə ilə tərk etməkdə görüb.
Qeyd edək ki, keçmiş köməkçinin səhhətinin kritik olduğuna dair məlumatlar da təsdiqlənmir. Bir neçə gün əvvəl əməkdaşımız "Siyami Ersek" ürək-damar xəstəlikləri xəstəxanası ilə əlaqə saxlasa da, ordan sözügedən tibb ocağında Həsənov Əli Məhəmməd oğlu adlı pasiyentin olmadığını bildiriblər. Xəstəxana belə bir pasiyentlərinin olmadığını sonrakı günlərdə də dəfələrlə təkrarlayıb.
Əli Həsənovun növbəti yalanı isə sahib olduğu mülklərin siyahısı yayılarkən verdiyi reaksiya zamanı üzə çıxdı. Təxmini hesablamalara görə keçmiş köməkçinin sərvətinin dəyəri 2 milyard manatdan çoxdur. Gözlənildiyi kimi, Həsənov bu məlumatları da təkzib etdi. O, yenə özünün facebook səhifəsində həmin mülklərin ona və ailəsinə aidiyyatı olmadığını, başqa adamlara məxsus olduğunu bildirdi. Halbuki 6 il əvvəl oxşar iddialara dərhal cavablandırmışdı. Söhbət 2014-cü ildə keçmiş köməkçinin və ailəsinin biznes şəbəkəsi barədə araşdırma yazısından gedir. O zaman Əli Həsənov hələ Prezidentin köməkçisi deyildi, ictimai-siyasi şöbənin müdiri vəzifəsini daşıyırdı. Lakin hakimiyyətin toxunulmaz fiqurlarından hesab edilirdi. Elə bu səbəbdən araşdırma məqaləsindəki faktlara saymazyana münasibət bildirmişdi. 
O, açıq şəkildə məqalədəki faktların doğru olduğunu bəyan etmiş və ailəsinin biznesi ilə fəxr etdiyini söyləmişdi: "Azadlıq Radiosunun yazdığı şeylərin hamısı doğrudur və mən ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm". 
Əgər 6 il əvvəl Həsənov ailəsinin sahib olduğu bizneslə fəxr edibsə, deməli, onlara məxsus olan şirkətlər rentabelli olub, ailəyə külli miqdarda gəlir gətirib. Yüksək rütbəli dövlət məmurunun himayəsi altında olan şirkətlərin qazanc gətirməsi anlaşılandır və Azərbaycan reallığında qeyri-adi qəbul olunmur. Bu isə o deməkdir ki, Əli Həsənov 6 il əvvəl daha səmimi olub. İndi isə səlahiyyət sahibi olmadığı üçün əvəlki qədər ürəkli deyil. KİF Fondunun sabiq icraçı direktoru Vüqar Səfərliyə cinayət işi açılandan sonra isə nəinki ürəkli davrana bilmir, hətta ürək xəstəliyinə tutulub.
Əli Həsənovun 6 il əvəvlki açıqlaması ilə üç gün əvvəlki açıqlaması arasındakı ziddiyyətin bir səbəbi var: Həsənov indi yalan danışır. Həm də QIRMIZI YALAN... (Yenisabah.az)

Oxşar xəbərlər

Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Əli Həsənov tapıldı
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Əli Həsənovun halı pisləşdi - Almaniyaya aparılır
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”
Ramiz Mehdiyev hələ də cəzasızdır - “Boz kardinal”ın vəzifədəki qohumlarına nə əcəb toxunulmur...
Əli Həsənov da vəzifəsindən azad edilir
Əli Həsənov mediadan birdəfəlik gedir
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Əli Həsənov səhhətindən danışdı - Yenilənib
Ramiz Mehdiyev təkzib etdi
“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?
Sabiq deputat: “Sən müalicə olunma, Əli Həsənov, onsuz da ölmüsən...”
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..