Azərbaycanlı xanımlardan Akopyanın silahlı fotosessiyasına ETİRAZ
14-09-2020, 11:32
445

Azərbaycanlı xanımlardan Akopyanın silahlı fotosessiyasına ETİRAZ

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi işğalçı Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsində qanunsuz hərbi təlimlərdə iştirak etməsinə və səngərdə uzanaraq avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən fotolar yaymasına kəskin etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın imzası ilə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda faşist mahiyyətli Ermənistanın 30 ildir Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal altında saxladığı, beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin bu faktı etiraf etdiyi, amma rəsmi İrəvanın dünya birliyinin "azad et!" tələbinə məhəl qoymadığı, sülh yolu ilə münaqişəni həll etməyə cəhdlər göstərən Azərbaycanın təmas xəttində və dövlət sərhəddində təxribatlar törətdiyi, iyul döyüşləri zamanı bütün dünyanın bir daha Ermənistanın məkrli xislətinə şahid olduğu vurğulanıb.
Bəyanatda qeyd edilib ki, Anna Akopyan Tovuz təxribatını ərinin başçılıq etdiyi hökumətin başlatdığını unutdurmaq üçün "sülhpərvər dona" bürünərək Azərbaycan analarına müraciət edirdi. "2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edən və "Sülh uğrunda qadınlar” kampaniyasına azərbaycanlı qadınları da dəvət edən Anna Akopyanın son görüntüləri, qadınları silahlardan istifadə etməklə qonşu ölkənin torpağı olan Dağlıq Qarabağı müdafiə etməyə dəvət etməsi Ermənistan dövlətinin ikiüzlü xarici siyasətindən xəbər verir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?", - deyə sual edilib.
Birlik hesab edir ki, hazırda Azərbaycan və Ermənistan dövlət sərhəddində və təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmasa da, narahatedici məqamlar hələ də mövcuddur və son zamanlar sosial media şəbəkələrində, dünya mətbuatında yayılan görüntülər bu narahatlığı daha da gücləndirir.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həllini tələb edən birlik bəyan edib ki, Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi hücumlarını dayandırmalı, BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarını yerinə yetirərək Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməlidir.


 

Oxşar xəbərlər

Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq - Xaricdəki ziyalılar
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Rəsul Quliyevin işğalçı Ermənistan spikeri ilə birgə görüntüləri yayıldı...- FOTOLAR
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
"AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir"
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Sahibə Qafarova Rusiya Federasiya Şurasında Qarabağdan danışdı - FOTO
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
İcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
Paşinyan BBC-də özünü biabır etdi
Ərdoğanın xanımı dünyanın ən nüfuzlu 10 müsəlmanından biri oldu....-FOTOLAR
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Məşhur nəvə toyundan sonra qeybə çəkilən Əli Əhmədov da SÜKUTU POZDU - Və ATƏT-in susqunluğundan yazdı...