Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
14-09-2020, 11:40
34

Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyliyinin 9 saylı, Xaçmaz meşəbəyliyinin 9 və 11 saylı dolayında köküstə ağacların qanunsuz kəsilməsi  ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Oğuz meşəbəyliyinin 9 saylı dolayında 129 ədəd qovaq, Xaçmaz meşəbəyliyinin 9 saylı dolayında 5 ədəd qovaq və 11 saylı dolayında 192 ədəd qızılağac və yalanqoz cinsli ağacların  məhv edilməsi nəticəsində təbiətə 24 min 688 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Oğuz rayon prokurorluğuna tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Şahdağ Milli Parkında 16 ağac kəsilib
Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Bələdiyyə sədrinə cinayət işi açıldı
Qanunsuz idman mərc oyunları oynayanlara xəbərdarlıq
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı
“Güllübulağ”ın rəhbəri həbs edildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Daha bir sabiq məmura cinayət işi açıldı
Bakıda yeni doğulan körpənin oğurlanması iddiası barədə rəsmi açıqlama
Oğuzda meşələr məhv edilir, amma nazirlik susur-
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
"Fedya" ləqəbli narkotik satıcısı saxlanılıb
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU