Bu gün dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin anım günüdür.
Bu gün akademik Qara Qarayevin vəfatından 40 il ötür.
Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnmişdi. Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi.
İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb.
Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr edib. Fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının, “Könül mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir.
Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazıb. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.
Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.
Bu gün dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin anım günüdür
13
may
12:54

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist
Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq
Azərbaycanın xalq artisti vəfat etdi - FOTO
Mədəniyyət nazirindən yeni TƏYİNAT
Azərbaycanın Əməkdar incəsənət xadimi dünyasını dəyişdi - FOTO
Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib
Tanınmış tarzən vəfat etdi
Əməkdar artist koronavirusdan vəfat etdi - Foto
Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Akademik Zərifə Əliyevanın anım günüdür
"Disko rəqqası" filminin bəstəkarı vəfat etdi
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Rauf Hacıyevin 100 illik yubileyi qeyd ediləcək
Azərbaycanda tanınmış bəstəkarın həyat yoldaşı vəfat etdi - FOTO
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd edilir - VİDEO
Əbülfəs Qarayevə məxsus şirkətlər vergilərini vaxtında ödəməyib - MƏBLƏĞ
Xalq artisti vəfat etdi
Əbülfəs Qarayev məhkəməyə ÇAĞIRILDI
Prezident və xanımı Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycanda narkotiklə tutulan kişi vəzifəli şəxsin oğlu imiş, silahla gəzirmiş - TƏFƏRRÜAT
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından GERİ QAYTARILDI
Akademik Zərifə Əliyevanın doğum günüdür
İlham Əliyev nekroloq İMZALADI
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu
Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?
Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...
- 46 yaşlı aktyor yuxuda olarkən vəfat etdi - FOTO
- Nahar zamanı 3 yaşlı bacısını bıçaqladı
- 21-ci əsrin ilk onilliyinin ən yaxşı futbolçuları - SİYAHI
- Zəncəfil bu insanlar üçün ZƏRƏRLİDİR
- Bu beş lider dünyanın sonunu yaxınlaşdırır - Vaynşteyn
- 30 il sonra qalıqları tapılan hərbçimiz dəfn olundu - FOTOLAR
- İstanbulda partlayış - Ölən və yaralananlar var
- “Bu gün bizə yaltaqlanan ermənilər 1988-ci ildə Xankəndidə...” - Xalq artisti sirləri açdı
- “WhatsApp” daha bir yeniliyi təqdim etdi
- Tarzən şəhid olan 20 yaşlı tələbəsinin FOTOlarını paylaşdı
- Rusiya müdafiə büdcəsini 68 faiz artırır
- Növbəti ildən hansı xəstəlikdən əziyyət çəkənlərə dərman veriləcək?
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər