Ramiz Mehdiyevə qarşı ağır cinayət ittihamları - Adam oğurluğu, qətllər və s...
14-09-2020, 13:05
85

Ramiz Mehdiyevə qarşı ağır cinayət ittihamları - Adam oğurluğu, qətllər və s...

“Ramiz Mehdiyevin “Təzadlar” qəzetinə açıqlama verib-vermədiyi sualı hələ də açıq qalır. AMEA belə bir açıqlama verilmədiyi bildirir, “Təzadlar” qəzeti isə israrla öz mövqeyinin üzərində dayanır. Bu mübahisəni onların öz ixtiyarlarına buraxıram”.
 
MM-in vitse-spikeri Adil Əliyev Ovqat.com-a açıqlamasında belə deyib.
 
Bununla belə, Ramiz Mehdiyevin bundan əvvəlki açıqlamalarında bənzər ittihamların yer aldığını xatırladan Adil Əliyev xüsusilə “nankor və “süfrə qırıntıları ilə yaşayanlar” istilahları üzərində dayandı: “Ötən açıqlamasında Ramiz Mehdiyevin əleyhdarlarını “satqın”, “əqidəsini dəyişən”, “həris”, “nankor” kimi səciyyələndirmişdi. Onun “Təzadlar”da dərc olunan açıqlaması da mahiyyət etibarilə əvvəlki  mövqeyi ilə fərqlənmir. Odur ki, Ramiz Mehdiyevin verdiyi açıqlamanın arxasından niyə qaçdığı şəxsən mənə aydın deyil”.

 
Keçmiş “Boz kardinal”ın “əlində olan faktları ortaya qoysa, bir çoxlarının respublikadan baş götürüb qaçacaqları” ilə təhdid etməsinin həm də bir etiraf olduğunu bildirən Adil Əliyevin fikrincə, onun bu fikirləri bir zamanlar haqqında yayıldığı ittihamlarla həmahəng səslənir: “Əvvəla, adama deyərlər ki, kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçiribsən, ya da onlara himayədarlıq edibsən. Yox, əgər bunların heç birini etməyibsənsə, niyə indiyə qədər susubsan? Niyə hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırmamısan? Elə bu faktın özü Ramiz Mehdiyevin cinayətkarlara himayədarlıq etdiyinin sübutudur. Çünki cinayətə göz yummaq da o cinayətdə iştirak etmək deməkdir.
 
İkincisi, “susmasanız, faktları açıqlayaram” məntiqinin cinayət hüququnda bir adı var – şantaj. Ramiz Mehdiyev uzun illərdir dövlət adamı statusunu daşıyır. Şantaj dövlət adamına yox, kriminal ünsürlərə xas keyfiyyətdir.
 
Ən əsası isə, bilirsiniz ki, zaman-zaman Azərbaycan ictimai rəyində ölkədə baş verən bir çox qətl hadisələrinin, adam oğurluqlarının, gömrükdən və vergidən yayınmaların başında bu adamın durduğu iddia olunurdu. Mətbuatda bu iddiaları təsdiqləyən kifayət qədər məlumatlar və dəlillər var. Bu mənada həmin təhdidlərin kimlərə ünvanlandığı aydındır. Əlbəttə, sözügedən iddiaların bəziləri sadəcə qarayaxma da ola bilər. Odur ki, həmin adamlar kokret mövqe ortaya qoymalı, iddiaları ciddi dəlillərlə inkar etməli, təhdidlərinə boyun əymədiklərini açıq-aşkar sərgiləməlidirlər”. 

Oxşar xəbərlər

“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
Ramiz Mehdiyev: "Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar"
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ramiz Mehdiyev təkzib etdi
İş adamından toy ilə bağlı AÇIQLAMA
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyevin şəriki ölkədən qaçdı - İDDİA
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Bu gün Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa buraxıldı - VİDEO
“Karqo Şamil”  də Ramiz  Mehdiyevin nəvəsinin toyunda iştirak edib
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?
Ramiz Mehdiyev hələ də cəzasızdır - “Boz kardinal”ın vəzifədəki qohumlarına nə əcəb toxunulmur...
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
"Aydan-arı, sudan-durusansa, yayımla toyun geniş videosunu..." - Mehdiyevin kürəkəninə sərt irad
Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL