GundemXeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev-47 ünvanında yaşayan və Qarabağ müharibəsi qazisi olan Veyisov İsmayıl Həbib oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi İsmayıl Veyisov qeyd edir ki, “2010-cu ildən “ARAZ AVİA” MMC-yə məxsus “Binə” Ticarət Mərkəzində yüksək gərginlikli elektrik xətləri üzrə elektrik montyoru vəzifəsinə işə daxil olub, bu yöndə əmək fəaliyyətinə başladım. Qeyd edim ki, 2015-ci ildə iş sahəsində işləyərkən ticarət mərkəzindəki trasformatorda güclü yanğın-partlayış hadisəsi baş verdi və belə bir səbəbdən də, bədənimin müxtəlif nahiyələrindən yanıq xəsarətləri aldım. Hadisə baş verən vaxt “Binə” Ticarət Mərkəzi rəhbərliyinin verdiyi tapşırıq əsasında məni Mərdəkan qəsəbəsində yerləşən, hansı ki, özlərinə məxsus olan “Kəbirə Məmmədova” klinikasına apardılar. Həmin vaxtlarda aidiyyatı dövlət qurumlarına heç bir məlumat vermədən, məni bu klinikada gizli şəkildə müalicə etdilər və baş verən hadisə barədə heç bir dövlət qurumuna məlumat verməməyimi də tapşırdılar. Məlumat verəcəyim təqdirdə isə, məni işdən qovacaqlarını bildirdilər. İşsiz qalacağımdan, eyni zamanda müalicə işlərini öz vəsaitim hesabına davam etdirə bilməyəcəyimdən ehtiyat edib, bu barədə bir kimsəyə nəsə demədim.
2019-cu ildə işdə olarkən ürəyimdə əmələ gələn ciddi narahatlığa görə həkimə müraciət etməli oldum. O halda çox keçmədi ki, həkimlərin təkidi ilə ürəyimə “stend” qoyuldu. Müalicə işləri başa çatdıqdan sonra işə çıxdım və çalışdığım sahədə əmək fəaliyyətimi davam etdirdim. Bir müddət sonra isə məni işə buraxmadılar və guya ki, mənim qayğıma qalırlar. Əslində onlar səhhətimdə əmələ gələn problemin varlığını bəhanə etdilər və lazımi əsas olmadan məni işdən azad etdilər. Düzdür, həmin vaxtlarda başqa işlə təmin edəcəklərini bildirsələr də, vaxt keçdikcə məni aldatdılar və son anda isə verdikləri vədə xilaf çıxdılar. Elə ki, aldadıldığımı başa düşdüm, o halda “ARAZ AVİA” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etdim. Bu məhkəmənin hakimi Kamran Əsədov dəfələrlə məhkəmə prosessini uzatdı və sonda da, “ARAZ AVİA” MMC-nin rəhbərliyinin verdiyi sifariş əsasında mənim əleyhimə əsassız Qətnamə çıxartdı. Belə olan halda çıxarılmış Qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti etdim və hakim Rəşad Həsənovun sədrliyi ilə şikayətimə baxıldı. Bu məhkəmə instansiyasında oxşar mənzərə ilə üz-üzə qaldım və çıxarılmış Qətnamə qüvvədə saxlanıldı. Baxmayaraq ki, hakimlər Kamran Əsədov və Rəşad Həsənov mənim haqlı olduğumu, heç bir əsas olmadan işdən çıxarılmağımı bilirdilər. Hətta, onlar bu yöndə lazımi məhkəmə araşdırması aparacaqlarını, mənim hüquqlarımı müdafiə edəcəklərini dilə gətirmişdilər. Sonda isə hər iki hakim “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın verdiyi müəyyən məbləğ “haqq-hesab”ın qarşılığında hüquqlarımı pozub, mənim əleyhimə qərar qəbul etdilər. Bildirim ki, mən Qarabağ müharibəsi zamanı keçirilən döyüş əməliyyatlarında yaralanmışam. Hal-hazırda 2-ci qrup Qarabağ müharibəsi əliliyəm.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları etdiyi çıxışları zamanı şəhid ailələrinin, qazilərin, müharibə veteranların qayğısına qalmağı, onların hüquqlarının müdafiə olunması yöndə hər kəsə lazımi tapşırığını versə də, hər iki hakim “Binə” Ticarət Mərkəzi rəhbərliyinin marağından çıxış etdilər. Mən ədalətin bərqərar olunmasına ümid edərək Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişəm. Kassasiya şikayətimə Ali Məhkəmənin Mülki Kollegiyasında hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə baxılacaq”.
Bəli, bu Vətən müharibəsi qazisinin harayıdır, pozulmuş hüquqlarının bərpası yöndə apardığı haqq mübarizəsidir. İnanırıq ki, Qaradağ Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində Qarabağ müharibəsi qazisi, 2-ci qrup Qarabağ müharibəsi əlili İsmayıl Veyisovun hüquqları pozulsa da, Ali Məhkəmənin Mülki Kollegiyasında ədalətin bərpası yöndə qərar qəbul olunacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.
“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...
14
may
14:33

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Sədərək" Ticarət Mərkəzi sökülür
“Binə” Ticarət Mərkəzinin rəhbərliyi: “İnanmayın”
“Binə” və “Sədərək” ticarət mərkəzlərində yoxlamalar başladı
Ticarət mərkəzində YANĞIN
Rusiyada ticarət mərkəzində güclü yanğın
Qaydaları pozan kafe və restoranlar cərimələndi - SİYAHI
Bir neçə kafe və restoran cərimələndi - TAM SİYAHI
Daha 27 kafe və restoran cərimləndi
“Binə” və “Sədərək”də nə baş verir? – İşləməyənələrdən də icarə haqqı tələb olunduğu deyilir
Yaponiyada ticarət mərkəzində yanğın - VİDEO
Bakıda ticarət mərkəzində qadınlar mağazadan alt paltarı oğurladı - VİDEO
Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı - SİYAHI
Bakıda güclü yanğın: Qərargah yaradıldı, sakinlər təxliyyə edildi - YENİLƏNİB/FOTO/VİDEO
Kəbirə Məmmədova istintaqa cəlb olunub? - AÇIQLAMA
Bakının bu ərazisi suyun altında qala bilər - XƏBƏRDARLIQ
Dünya Ticarət Mərkəzində yanğın OLDU
SON DƏQİQƏ: Bakıda məşhur ticarət mərkəzi yanır! - FOTO
"Sədərək"də komissiya yaradıldı: - Mağazaların işıqları söndürüldü
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
Bakıda 12 müəssisə cərimələndi - SİYAHI
“Binə” və “Sədərək”də total yoxlamalar – Kəbirə Məmmədova böyük mənimsəmədə ittiham olunur
Binə qəsəbəsində sexdə yanğın başlayıb - VİDEO
“Sədərək” və “Binə” ticarət mərkəzlərindən gizli görüntülər - Video
Bakıda yeni "mall" tikilir
“Ödəniş etməyənin mağazasına özüm gələcəm“
“EuroHome”un direktorunun həbsinin detalları
4 restoran cərimələndi - SİYAHI
"Araz Rəhimov mənə 500 min dollar dəyərində ziyan vurub" - GİLEY
Bu kafe və restoranlar cərimələndi - SİYAHI
Pandemiya tələblərini pozan 17 obyekt cərimələndi
- Bakıda məhbusun gizlətdiyi 19 kiloqram narkotik aşkarlanıb
- Belarus batalyonunun komandiri ruslar tərəfindən ÖLDÜRÜLDÜ
- Türkiyədə terrorçu-kamikadze saxlanılıb
- ABŞ-da 10 nəfəri öldürən şəxsin kimliyi məlum oldu
- Türkiyə ordusunda yenilik - Pilotsuz helikopterlər
- Finlandiyanın NATO-ya üzv olmasına Çindən rəsmi münasibət
- Şanxayda Covid-19 məhdudiyyətləri yüngülləşir
- Eurovision Mahnı Müsabiqəsində Rusiyanın kiberhücumlarının qarşısı alınıb
- ABŞ-ın pop ulduzundan bəd xəbər
- İsveç NATO-ya üzvlüklə bağlı yekun qərarını verdi
- “Azovstal”dakı yaralıların təxliyəsinə başlanıldı
- Bu əməkdaşlara birdəfəlik müavinət ödəniləcək - ADY-dən AÇIQLAMA
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar