İsraildə  koronavirusa yoluxanların sayının artması səbəbilə 3 həftəlik karantin tətbiq olunacaq.
Gündəlik Bakı xəbər verir ki, qərar 18 sentyabrdan qüvvəyə minəcək. Qərar qüvvəyə mindiyi gündən etibarən ölkə daxilində işçilərin hamısı onlayn sistemə keçəcək. Ölkədə özəl təhsil verən qurumlardan başqa bütün təhsil qurumlarının distant təhsilə geri dönməsi planlaşdırılır.
Qeyd edək ki, təxminən 9,2 milyon əhalisi olan İsraildə bugünədək 153 min 759 nəfər virusa yoluxub. Onlardan 1 108 nəfər həyatını itirib. Ölkədə son altı gündə günlük yoluxma sayı 3 min nəfərdən çox olur.