"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
14-09-2020, 15:31
124

"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olunmamasının ən böyük səbəblərindən biri və birincisi məhz Ermənistan dövlətidir. Ermənistan hər dəfə qeyri-konstruktiv mövqe tutub, müxtəlif hiylələrlə, təxribatlarla münaqişənin status-kvonun qorunub saxlanmasına çalışıb. 

Yəqin hər kəs xatırlayır ki, Rambuye görüşlərində danışıqlar zamanı çıxılmaz vəziyyətə düşən Robert Köçaryan qarınağrısı bəhanəsi ilə qaçmışdı. İndi də Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir. Gah “Qarabağ Ermənistandır” deyir, gah yoldaşı Qarabağda snayperdən Azərbaycan kəndləri istiqamətində atəş açır, gah da Livandan, Suriyadan erməniləri, daha doğrusu terrorçuları Dağlıq Qarabağa köçürür. Paşinyan bütün bu əməlləri ilə psixologiyasında problem olduğunu sübut edir. Səhər dediyini axşam təkzib edir, dünən dediyini bu gün”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-lərə açıqlamasında deyib.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Livandan, Suriyada terrorçuluq keyfiyyətlərinə malik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə həm demoqrafik vəziyyəti, həm də etnik tərkibi süni şəkildə dəyişməyə cəhd göstərir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir: “Əlbəttə ki, bu cür qanunsuz məskunlaşdırma beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Ermənistan bu cür addımlar atmaqla 1949-cu il Cenevrə Konvensiyalarını pozur.  Çünki, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

Vüqar Rəhimzadə əlavə edib ki, Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır: “Ermənistanın Livandan və Suriyadan erməniləri Qarabağa köçürməsinin faktları da artıq sosial şəbəkələrdədir. Fotolar, videolar formasında sübut olunub ki, Livandan və Suriyadan köçürülmüş, xüsusi döyüş təlimi keçmiş ermənilər Şuşada və başqa işğal olunmuş ərazilərimizdə yerləşdiriliblər. Lakin Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır. Xüsusilə də, bu məsələdə qəti mövqeyini ATƏT-in Minsk qrupu bildirməlidir. Çünki, münaqişənin həllində birbaşa məsuliyyət məhz ATƏT-in Minsk qrupunun üzərindədir”.

Oxşar xəbərlər

“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Paşinyan BBC-də özünü biabır etdi
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
Riçard Kirakosyan: “Heç kim və heç nə Azərbaycana təzyiq göstərmək iqtidarında deyil”
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
“Hər an müharibə başalaya bilər”
Putin və Ərdoğan Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Məşhur nəvə toyundan sonra qeybə çəkilən Əli Əhmədov da SÜKUTU POZDU - Və ATƏT-in susqunluğundan yazdı...
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Fransa üçün Qarabağ yaddan çıxdı?
PKK-nın xüsusi təyinatlıları Qarabağa göndərildi - TƏFƏRRÜAT
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
Ermənistan girovların dəyişdirilməsinə niyə hazır deyil? - TƏHLİL
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
“Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə münaqişədədir”
Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."