Sabah Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə açıq qapı günü keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyinin saytında məlumat dərc edilib.
Bildirilib ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir:
“Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. ICOM tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub”.
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub:
“Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər”.
Açıq qapı gününün şamil edildiyi muzeylərin siyahısını təqdim edirik:

Muzeyin adıÜnvan
1Azərbaycan Milli İncəsənət MuzeyiBakı şəh., Niyazi küçəsi, 9/11
2Azərbaycan Milli Xalça MuzeyiBakı şəh., Mikayıl Useynov pr-ti 28, Bulvar
 
3C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr MuzeyiBakı şəh., Neftçilər prospekti, 123a
4Azərbaycan Musiqi Mədəniyyəti Dövlət MuzeyiBakı şəh., Neftçilər prospekti, 123a
5Filial: Niyazinin Xatirə MuzeyiBakı şəh., Bülbül pr-ti 21, mənzil 24
6Filial: Vaqif Mustafazadənin Xatirə Muzeyiİçərişəhər, V.Mustafazadə döngəsi 4
 
7Filial: Xalq çalğı alətləri şöbəsiBakı şəh., Zərgərpalan küçəsi
 
8Filial: Qara Qarayevin Ev-MuzeyiBakı şəhəri, Nizami küçəsi, 47
9Azərbaycan İstiqlal MuzeyiBakı şəh., Neftçilər prospekti, 123 a
 
10Üzeyir Hacıbəylinin Ev-MuzeyiBakı şəh., Ş.Əzizbəyov küçəsi, 67/69
 
11Səməd Vurğunun Ev-Muzeyi
 
Bakı şəh., Tərlan Əliyarbəyov küçəsi, 6
 
12Bülbülün Memorial MuzeyiBakı şəh.,
Bülbül prospekti, 15
13Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
 
Bakı şəh., Xəqani küç. 43
14Cəlil Məmmədquluzadənin Ev-Muzeyi
 
Bakı şəh., S.Tağızadə küçəsi, 56
15Əzim Əzimzadənin Mənzil-Muzeyi
 
Bakı şəh., D.Əliyeva küçəsi, 157
16Nəriman Nərimanovun Xatirə Muzeyi
 
Bakı şəh., İstiqlaliyyət küçəsi, 35
17Abdulla Şaiqin Mənzil-MuzeyiBakı şəh., A.Şaiq küçəsi, 21
 
18L.və M. Rostropoviçlərin Ev-MuzeyiBakı şəh., L. və M. Rostropoviçlər küç., 19
19Səttar Bəhlulzadənin Ev-MuzeyiBakı şəh., Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küç., 5a  
20Yusuf Məmmədəliyevin Memorial MuzeyiBakı, Xocalı prosp. 30,