Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
15-09-2020, 10:26
251

Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI

Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Qazax rayon prokurorluğunda araşdırma aparılıb. 
Qazax rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Ariz Bayramovun tamah niyyəti ilə Dağkəsəmən bələdiyyəsinə məxsus 0.3 hektar torpaq sahəsinin satılması barədə qərara və kassa mədaxil orderinin qəbzinə vətəndaşın məlumatlarını, habelə 06.10.2006-cı il tarixdə guya alqı-satqı aparılmasına dair qeydlər yazmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün imzası və bələdiyyənin möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb. 
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Daha bir sabiq məmura cinayət işi açıldı
Bələdiyyə sədrinə cinayət işi açıldı
Xaçmazda dəhşət: ər arvadını bıçaqladı
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Azərbaycanda yeni doğulan uşaq öldü - Cinayət işi açıldı
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bərdədə körpə doğuşdan sonra ölüb
Qonşusunu öldürən şəxs saxlanıldı
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Bərdədə gənc oğlanın ölümü ilə bağlı Rəsmi açıqlama
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Şirkət direktoruna cinayət işi açıldı
Abşeronda usta bədbəxt hadisə nəticəsində ölüb
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb