"Oğlumun adından "Tik-Tok" səhifələri açırlar, izləyici yığdıqdan sonra həmin səhifələrin adını dəyişib satırlar. Bu hal mənə çox pis təsir edir. Xahiş edirəm belə dələduzlara qarşı tədbir görülsün".

Bu sözləri Bizim.Media-nın Qarabağ bürosuna Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib.
O qeyd edib ki, dəfələrlə oğlunun adına "Instagram" və "Tik-Tok" səhifələri yaradılıb. 

"Hazırda həmin səhifələrin bir neçəsi mövcuddur. Onun bizim ailə ilə heç bir əlaqəsi yoxdur. Paylaşımlarda izləyici yığmaq üçün oğlumdan istifadə edilməsi əsəblərimə toxunur. Bu, yolverilməzdir", - deyə Radə Qurbanova bildirib.
Şəhid anası bu barədə hüquq mühafizə orqanlarına da şikayət edəcəyini bildirib.