Azərbaycanda sərtləşdirilmiş karantin rejimi avqust ayının 5-dən etibarən yumşalmalarla əvəz olunmaqdadır. Bu həftədən etibarən, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti (şənbə, bazar günləri istisna olmaqla) bərpa edilib, çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Bununla da, koronavirusa yoluxma ehtimalının ən çox olduğu ictimai-iaşə, pərakəndə ticarət obyektlərindən sonra Bakı Metropoliteni də əhalinin ixtiyarındadır.
Düzdür, sözügedən sahələrdə fəaliyyət karantin qaydalarının tələblərinə əməl edilməsinə əsaslanır. Əks təqdirdə, tələblərə əməl etməyənləri gözləyən cərimələrin məbləği heç də az deyil. Lakin ictimai-iaşə, pərakəndə ticarət obyektlərinə, həmçinin ictimai nəqliyyatda qaydalara əməl edilib-edilməməsinə tam nəzarət etmək mümkün deyil. Bu mənada yoluxanların sayının yenidən artması da istisna deyil.
Yeri gəlmişkən, Avropa ölkələrində koronavirusa yoluxmada artım müşahidə olunmaqdadır. Bu isə ölkələri yenidən sərt karantinə getməyə məcbur edir.
Fransada virusun sürətlə yayıldığı və qrup yoluxmalarının çoxalması səbəbindən ölkənin 42 departamenti qırmızı zona elan edilib. Həmçinin İsrail hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verib. Böyük Britaniyada da koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilir. Qadağa bütün yaş qruplarını, ictimai yerləri, pub və restoranlar kimi yerləri əhatə edir. Eyni zamanda, Avstriyada koronavirusa yoluxma hallarının son həftələrdə artması ölkə üzrə bir sıra məhdudiyyətlərin tətbiqini labüd edib.
Gürcüstanda isə pandemiyanın “ikinci dalğası” elan olunub. Baş nazir Q.Qaxariya bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb. Çexiya hökuməti də ölkədə koronavirusun “ikinci dalğası”nın başladığını elan edib.
Türkiyədə və Rusiyada yoluxmaların artması məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr və noyabr aylarında Avropada COVID-19-la bağlı gündəlik ölüm sayında artım olacağını bildirib. Qurumun Avropa üzrə regional direktoru Hans Kluqenin sözlərinə görə, peyvənd də koronavirusun sonu demək deyil: “Peyvəndin bütün əhali qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda üzərində işlənən peyvəndlərin bir qrup üçün kömək edəcəyi, digər qrup üçün isə effektiv ola bilməyəcəyi barədə bəzi siqnallar alırıq”.
Bu mənada Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonlarında sərt karantin rejiminin yumşaldılması o demək deyil ki, koronavirus infeksiyasına yoluxmanın qarşısı tam şəkildə alınıb. Azərbaycanda sağalanların sayında artım olsa da, gündəlik koronavirusa yoluxma halları davam etməklə fəal koronavirus ocaqları qalmaqdadır. Bu baxımdan xüsusi karantin rejimindən mərhələli formada çıxılmasının yenidən sərt tədbirləri aktuallaşdırmaması üçün müəyyən profilaktiki tədbirlərin görülməsini vacib edir.
Başqa sözlə, karantin rejimindən irəli gələn tələblər qüvvədədir və insanların əvvəlki həyat tərzinə nə zaman qayıdacaqları məlum deyil. Üstəlik qaydaların yenidən sərtləşdirilməyəcəyi ehtimalı da aradan qalxmayıb. Aydın məsələdir ki, karantin rejiminin ləğvi koronavirus infeksiyasına yoluxmanın tam aradan qaldırılmasından sonra reallaşa bilər.
Görünən odur ki, sərt karantin rejiminin bir qədər yumşalmasından sonra COVID-19-a yoluxması müəyyən edilən şəxslərin sayında müəyyən günlərdə artım müşahidə edilir. Hərçənd ki, bir müddət əvvəl sağalanların sayının qeydə alınan yoluxma hallarını üstələməsi sərt karantin rejiminin nə dərəcədə effektivliyindən xəbər verirdi. Bu, həm də onu deməyə əsas verir ki, dövlət tərəfindən vaxtında qabaqlayıcı tədbirlər həyata keçirilməsəydi, hazırda ölkədə koronavirusa yoluxanların sayı daha çox olardı.
Ancaq heç kəs elə bilməsin ki, sərt karantin rejiminin yumşaldılması nəzarət tədbirlərini arxa plana salıb. İqtisadiyyat və Daxili İşlər nazirlikləri tərəfindən mövcud karantin qaydalarına əməl edilməsinə nəzarət tədbirləri dəyişməz olaraq qalmaqdadır. Ümumilikdə isə hər kəsə agah olmalıdır ki, karantin rejiminin tələblərinə əməl edilməməsi sərt tədbirləri yenidən aktuallaşdıra bilər.
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
15
sentyabr
11:02

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
Restoranlarda xidmət tam bərpa edilir
İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən cavab
İri ticarət mərkəzləri sentyabrın 30-dək bağlı qalacaq
“Koronavirus təhlükə olaraq qalır”
Bakı metrosu bu gündən BAĞLANIR
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Avqustun 31-dək qüvvədə olan qadağalar
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Bakıda birgə reydlər keçirilir
Əhalinin sıx toplaşdığı yerlərdə maskasız şəxslər cərimələnəcək - BŞBPİ xəbərdarlıq etdi
Bu gündən kafe və restoranlar açıldı
Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan qadağa götürülüb, aqrar bazarlar açılıb
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- Hansı yaşda evləndikdə boşanma riski yüksək olur?
- Portuqaliya Ukraynaya 3 "Leopard" tankı verib
- Azərbaycan quş qripinə görə bəzi məhdudiyyətləri aradan qaldırdı
- Fransa xalqı Makronu istefaya ÇAĞIRDI
- Millət vəkilinə silahlı hücuma REAKSİYALAR
- Deputat Fazil Mustafa güllələndi - YENİLƏNİR
- Fazil Mustafanın güllələndiyi ərazidən GÖRÜNTÜLƏR
- Messi het-trik etdi, Argentinadan 7 qol - Video
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü