Aparıcı Xoşqədəm Hidayətqızı haqqında yayılan həbs tələbi xəbərlərinə açıqlama gətirib. 
Bu haqda aparıcısı olduğu "Səni axtarıram" proqramında danışan Hidayətqızı hər zaman köməksiz insanlara yardım etdiyi halda haqqında çıxan bu xəbərlərə görə təəssüf hissi keçirdiyini dilə gətirib:
"Səhər baxıram ki, hamı mənə yazır ki, "Xoşqədəm xanım salamtlıqdır?" Həmin vaxt özümü çölə atdım, baxdım, gördüm, salamatlıqdır. Mənə yazan şəxsə dedim ki, "Nəyə görə bu sualı verdiniz?" Yazı atdı ki, sizin haqqınızda belə bir xəbər var: "Xoşqədəm Hidayətqızı həbs ediləcək". Haqqımda ittiham qaldırılıb. Niyə bala? Yetimin yanında olduğum üçün?!"
Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Xoşqədəm Hidayətqızının həbsinin tələb olunması ilə bağlı xəbərlər yer alıb.