Ramiz Mehdiyevin kürəkəni Novruz Novruzovla birləşərək iş adamının torpağını əlindən alıb - İTTİHAM
15-09-2020, 11:29
120

Ramiz Mehdiyevin kürəkəni Novruz Novruzovla birləşərək iş adamının torpağını əlindən alıb - İTTİHAM

"Ramiz Mehdiyev vəzifəsindən azad olunandan sonra onun və yaxın ətrafının cinayətləri barədə yüzlərlə faktlar göstərilib və hələ də ortada konkret bir iş yoxdur”.

Miq.Az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

O, qeyd edib ki, bu məsələdə məqsədi heç də adı hallanan şəxslərin hamısının həbs edilməsi deyil:

"Əsas məsələ bu şəxslərin cinayət yolu ilə topladıqları sərvətləri hələ də özlərində saxlamaqlarıdır. Bu mövzunun özündə də əsas məsələ cinayət yolu ilə vəzifələrindən sui-istifadə etməklə vətəndaşların əmlaklarının zorla əllərindən alınmasıdır. Artıq bir neçə dəfə müraciət etmişdim ki, bu dəstə tərəfindən əmlakları əllərindən alınanlar təcili hüquq mühafizə orqanlarına müraciət etməli və müraciətlərini də ictimailəşdirməlidirlər. Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin Dubaydan olan azərbaycanlı iş adamından 300 min dollara yaxın düyü alıb pulunu verməməsi barədə, səhv etmirəmsə, 1998-ci ildə mətbuat konfransı da keçirmişəm. Hələ o vaxtlar həmin azərbaycanlı iş adamı artıq müflis olmuş və səhhəti ağır vəziyyətdə idi. Bundan başqa, İ.Əliyev Quba, Xaçmaz, Qusar rayonlarında çoxsaylı iş adamlarının torpaq sahələrini icra başçıları vasitəsi ilə əllərindən almışdı. Konkret olaraq özüm məşğul olduğum işdə iş adamı M.Məmmədovun Xaçmaz rayonunda yerləşən 1290 ha torpaq sahəsini İ.Əliyev o vaxtlar Dəvəçi rayon icra başçısı olmuş, indi Siyazən rayonunda icra başçısı işləyən Novruz Novruzov (şəxsən yanında olmuşam) vasitəsi ilə əlindən aldı. Eyni yolla Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayevin əli ilə də başqalarının əmlakları alınıb. 2005-2010-cu illər Ramiz Mehdiyevin biznesini idarə edən, bu gün on milyonlarla avtomobillər, villalar sahibi olan, ifşa etdiyimə görə öz dəstəsi vasitəsi ilə məni ölümlə hədələyən Rasim Məmmədov onlarla iş adamlarının biznesini heç bir ödəmə etmədən o vaxtlar Mütəşəkkil Cinayətlərlə Mübarizə Baş İdarəsinin rəisi, indi Bakı şəhər Baş Polis İdartəsinin rəisi işləyən Mirqafar Seyidov vasitəsi ilə əllərindən aldı. Əli Həsənov və dəstəsinin cinayətləri barədə başlanmış işlərdən də konkret bir xəbər yoxdur. Bu siyahının sayı hesabı yoxdur. Nə qədər ki, bu şəxslər oğurladıqlarını dövlətə, həqiqi sahiblərinə qaytarmayacaqlar belə hallar davam edəcək və hansısa ədalətdən, Dövlətdən, islahatdan danışmağa dəyməz”.

Oxşar xəbərlər

Bu gün Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa buraxıldı - VİDEO
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Novruz Novruzov çətin durumda: - Şabrandakı fəaliyyəti yoxlanılır
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
"Aydan-arı, sudan-durusansa, yayımla toyun geniş videosunu..." - Mehdiyevin kürəkəninə sərt irad
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Ramiz Mehdiyevə qarşı ağır cinayət ittihamları - Adam oğurluğu, qətllər və s...
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Ramiz Mehdiyevin şəriki ölkədən qaçdı - İDDİA
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
Ramiz Mehdiyev təkzib etdi
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
İş adamından toy ilə bağlı AÇIQLAMA
Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?
“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
"Karqo Şamil"lə bağlı Prezidentə müraciət olundu - MƏTN
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
“Bizi çox qaynar payız gözləyir” – Aslan İsmayılov