İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
15-09-2020, 11:45
151

İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB

Prezident İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Gündəlik Bakının məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım.
Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.
Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.
İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır.
Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.
Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxşar xəbərlər

"Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?!" - Ceyhun Bayramov
Bakının işğaldan azad edilməsindən 102 il ötür
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTO
İlham Əliyev əfqanıstanlı həmkarına məktub göndərdi
Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirdi - FOTO
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
Türk ordusu 30 kilometr irəlilədi: Hədəf məhv edildi
7 kənd azad edildi, 100-dən artıq terrorçu öldürüldü, türk ordusu...
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”
Putin və Ərdoğan Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
Ərdoğan sərt və güclü bir liderdir
“”Türkiyə Azərbaycanı işğal edib Rusiyaya verdi” demək, axmaqlıqdır”
Tramp: "Türkiyədən gözəl xəbərlər var"
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirir - Fotolar
Zurabişvili Mehriban Əliyevanı təbrik etdi
Prezident İlham Əliyev Braziliya Prezidentini təbrik edib
Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
“Hər an müharibə başalaya bilər”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
Mehriban Əliyeva şagird və tələbələri belə TƏBRİK ETDİ
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib