İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA
15-09-2020, 11:58
244

İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA

Bu gündən Azərbaycanda ibtidai siniflər üçün dərslər başlayıb. Qeyd edək ki, dərslər Bakıda həftədə 2, regionlarda 3 dəfə ənənəvi şəkildə keçiriləcək. İbtidai sinif müəllimləri ayda bir dəfə dövlət hesabına koronavirus testindən keçiriləcəklərmi?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hər gün müəllimlər və şagirdlər dərsə başlamazdan öncə hərarətləri ölçüləcək. Özündə hər hansı bir narahatlıq hiss edən müəllimlər dərsə buraxılmayacaq. Hazırda bütün müəllimlərin kütləvi şəkildə koronavirus testindən keçirilməsi məsələsi müzakirə olunmur”.

Deputat Müşfiq Cəfərov söyləyib ki, uşaqların koronavirusa yoluxma halları çox aşağıdır, amma buna baxmayaraq onların qorunması üçün mart ayından məktəblərdə dərslər onlayn keçirilib:

“Bu gündən artıq ibtidai siniflər üçün dərslər başlayır. Uşaqların koronavirusdan keçirilməsi çətindir. Amma gündəlik temperaturun ölçülməsi və sosial məsafənin qorunması məsələləri mütləq olmalıdır. Əgər müəllimlər arasında yoluxma halları çoxalarsa, məncə artıq testdən keçirilmə qaçılmaz olacaq. Düzdür, siniflər iki yerə bölünsə belə bir neçə saat müəllim və şagirdlər bir otaqda olur. Məktəblərdə yoluxma baş verərsə, müəllimlər dövlət hesabına ayda bir dəfə koronavirus testindən keçirilə bilərlər”.

Oxşar xəbərlər

Müəllimlərin koronavirus testindən keçirilib keçirilməyəcəyinə aydınlıq gətirilib
Müəllimlər COVİD-19 testindən keçiriləcəkmi? - AKTUAL
Tədris əyani, yoxsa onlayn olsun?
4 dərslə şagirdlərə hansı biliyi vermək olar? - AKTUAL
“Bilik günü” onlayn qaydada keçiriləcək
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
Müəllimlərin yekun qiymətləndirməsi başa çatdı
Danimarka karantindən sonra məktəbləri açan ilk Avropa ölkəsi oldu
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Nazir: “5-9 sinif şagirdləri oktyabrın 1-dən məktəbə gedəcəklər”
“Bu hal şəxsən məni narahat edir, biz bunun səbəbini öyrənməliyik”
Niderlanddan gözlənilməz COVID-19 qərarı
Millət vəkilindən yeni dərs ili ilə bağlı tövsiyələr
Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı - Diqqət!
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
Dərs ili sentyabrda başlamayacaq?
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Dərslərin başlanma vaxtı məlum oldu
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Direktor müəllimi spirt almağa məcbur edə bilməz! - Nazirlikdən xəbərdarlıq
Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR
Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
Təhsil Nazirliyindən himn zamanı yıxılan xanımla bağlı - Açıqlama
Gələn həftə insanlar koronavirus testindən keçib rayonlara gedə biləcək? - TƏBİB-dən AÇIQLAMA
Dərslər çox güman belə keçiriləcək - Təhsil komitəsinin sədr müavini açıqladı