Bakıda avtobus kabusu: Əgər qapılar blok olsa...
15-09-2020, 13:33
131

Bakıda avtobus kabusu: Əgər qapılar blok olsa...

Bu gün səhər saatlarında  88A nömrəli müntəzəm marşrut xətti üzrə 99-JH-038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın baş verib. Hadisə zamanı avtobus boş olub və xəsarət alan olmayıb. Bildirək ki, bu, son iki həftədə depoya gedərkən yanan ikinci avtobusdur.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda yanğının səbəbi araşdırılır:
“Araşdırma yekunlaşdıqdan sonra məlumat verəcəyik. Bu, hamının marağında olan məsələdir. Bu gün səhər sürücü xəttə çıxıb və texniki nasazlıq olduğunu hiss edəndə geri qayıdıb. Digər “BakuBus”larda da müəyyən yoxlamalar aparılacaq”.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə vurğulayıb ki, son iki həftə ərzində belə bir hadisənin baş verməsi xoşagələn hal deyil:
“Çünki burada söhbət hər hansı sıradan yanğından getmir, söhbət ictimai nəqliyyatda baş verən yanğın hadisəsindən gedir. Avtobuslarda onlarla insan daşınır. Əgər bu gün hansısa qısaqapanma nəticəsində və ya digər səbəblərlə yanğın baş verirsə və qapılar çox rahat şəkildə açılıb insanlar təxliyyə olunursa, sabah baş verə biləcək hadisə daha ağır fəsadlar ola bilər. Çünki avtobusların elektrik sistemində qısaqapanma baş verirsə, bu, hansısa digər funksiyaların blok olunmasına gətirib çıxara bilər. Məsələn, qapıların açılmamasına səbəb ola bilər ki, bu da avtobusun içərisində olan insanları çətin duruma sala bilər. Təbii ki, araşdırmaların nəticəsini gözləmək lazımdır. Digər baş vermiş hadisəylə bu, müqayisə olunmalıdır”. 
Həmsöhbətimiz qeyd edib ki, yanğının səbəbi  öyrənildikdən sonra digər avtobusların da texniki xüsusiyyətlərində həmin səbəbin nə dərəcədə yer almasına baxılmalıdır:
“Onun qarşısını ala biləcək zəruri tədbirlər müəyyənləşməli və tətbiq edilməlidir. Hesab edirəm ki,  baş verən yanğın hadisəsində sürücü və sərnişinlərin davranış məsələsi aktuallaşır. Çünki sürücü və sərnişinlər fors-major vəziyyətdə daha düzgün davrandıqda hər hansı bir xəsarət almadan avtobusu təxliyyə edə bilərlər. Bunun üçün sürücü və sərnişin hazırlığı olmalıdır. Müəyyən mənada maarifli olmalıdırlar. Bizim ictimai nəqliyyatlarda bu kimi hallarla əlaqədar davranış qaydaları aşılanmalıdır”.

Oxşar xəbərlər

Bakıda avtobus drenaj xəttinə düşdü, 1 nəfər xəsarət aldı
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
"BakuBus" avtobuslarındakı yanğının ilkin səbəbi açıqlanıb
Sükan arxasında siqaret çəkən 55 avtobus sürücüsü cəzalandırılıb
Azərbaycanda 16 nəfər yanaraq öldü
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...
BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib? - Açıqlama
Azərbaycanda nəqliyyatın ödənişində YENİLİK: İlk olaraq...
Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - RƏSMİ
Bakıda iki avtobus toqquşdu: Ölən var
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Nazirlik binasında baş verən yanğın söndürüldü (Yenilənib)
Sürücülərin DİQQƏTİNƏ: 50 manat cərimə oluna bilərsiniz
DSX-nin hərbi qulluqçusu yanğın zamanı fədakarlıq göstərib
Bakıda metroya giriş dayandırıldı:Qatarlar 2 saat işləmədi
“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu
Kranın yaşayış binasının üstünə aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bağlanıb - VİDEO
Şagirdlər ənənəvi ictimai nəqliyyatdan istifadə etməməlidirlər - Təhsil eksperti
Bakıya 115 yeni avtobus gətirilir
Sürücülərin nəzərinə: Bakının bu hissəsində... - FOTOLAR
Bakıda oteldə yanğın: əcnəbilər təxliyyə edildi
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var
Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb
Azərbaycanda dağlıq ərazidə YANĞIN
Bakıda yaşayış binasında yanğın baş verib
“BakuBus”ın sürücüsü qadını təhqir etdi - VİDEO
BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama