Məşhur nəvə toyundan sonra qeybə çəkilən Əli Əhmədov da SÜKUTU POZDU - Və ATƏT-in susqunluğundan yazdı...
15-09-2020, 14:05
140

Məşhur nəvə toyundan sonra qeybə çəkilən Əli Əhmədov da SÜKUTU POZDU - Və ATƏT-in susqunluğundan yazdı...

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni fazaya keçdiyi müşahidə edilməkdədir. Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlki dövrlərdə qorunub saxlanan nisbi sabitliyi getdikcə daha artıq dərəcədə əvəz etməyə başlayıb. İki ay bundan əvvəl Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversiantının saxlanılması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır. Ermənistanın baş nazirinin tez-tez işğal zonalarına səfər etməsi, nizamasalma prosesinə daban-dabana zidd olan bəyanatlar səsləndirilməsi növbəti erməni təxribatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Paşinyan hakimiyyətinin ilk aylarında xanım Paşinyanın “sülh çağırışlarının” son vaxtlar Kalaşnikov avtomatı ilə birlikdə çəkdirdiyi fotolarla əvəz olunması erməni təxribatının nə qədər eybəcər xarakter aldığından xəbər verir.”

"Report" xəbər verir ki, bu barədə Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədovun “Erməni təxribatları və Minsk Qrupunun susqunluğu” sərlövhəli məqaləsində qeyd edilib.

O bildirib ki, erməni təxribatları təkcə Ermənistanın militarist səciyyə daşıyan ritorikasının və davranış tərzinin genişlənməsində müşahidə olunmur: “Son vaxtlar Livandan erməni əsilli əhalinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi faktları münaqişənin nizamasalınması prosesinə sarsıdıcı zərbə vuran misli görünməyən təxribatdan savayı bir şey deyildir. Bütün dünyanın gözü qarşısında beynəlxalq hüququn kobud surətdə tapdalanması-yəni, işğal olunmuş ərazilərin məskunlaşdırılması prosesi baş verməkdədir. Ermənilər vaxtilə Cənubi Qafqazın demoqrafik vəziyyətini dəyişdirmiş köçürmə siyasətini XXI əsrdə təkrar etmək kimi təhlükəli perspektivlər vəd edən avantüra ilə məşğul olmaq niyyətinə düşüblər. Yaxın Şərqin son 50-60 illik tarixi bu oyunun acı nəticələrini təsəvvür etmək baxımından ibrətamiz nümunədir. Erməni siyasətçilərinin Cənubi Qafqazı fasiləsiz münaqişələr və müharibələr ocağına çevirmək cəhdləri diqqətdən yayınmamalı, bütün beynəlxalq təşkilatların və dünya birliyinin qəzəbinə tuş gəlməlidir".

"Gündən-günə genişlənən və azğınlaşan erməni təxribatları fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq misiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun susqunluğu, bitərəf müşahidəçiyə çevrilməsi, yumşaq şəkildə desək, təəccüblü görünməyə bilməz. Onsuz da Minsk Qrupu münaqişənin bu qədər uzanmasının, düzgün və ədalətli nizamasalma formulunu tapa bilməməsinin məsulliyyətindən yaxasını kənara çəkə bilməz. İndi isə onun gözləri qarşısında erməni tərəfi yeni, daha acı nəticələrə gətirib çıxara biləcək növbəti cinayəti törətməkdə davam etməkdədir. Azərbaycan münaqişənin dinc yollarla, lakin ədalətli şəkildə, işğal olunmuş bütün torpaqların azad olunması şərti ilə nizama salınmasının tərəfdarıdır. Bəzi istisnalar olmaqla, 1994-cü ildən bu günə qədər davam edən atəşkəs rejimi bunun birbaşa təzahürüdür. Lakin münaqişənin indiyədək nizama salınmaması, getdikcə artmaqda və azğınlaşmaqda olan erməni təxribatları, habelə vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır. Azərbaycan işğal olunmuş torpaqlarını qaytarmalıdır və qaytaracaq. Əgər vasitəçilər və diplomatlar bu işdə öz təsirli sözünü deyə bilməsələr, qəhrəman Azərbaycan Ordusu öz şərəfli vəzifəsini yerinə yetirməli olacaq. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri Ordumuzun nəyə qadir olduğunu nümayiş etdirib. Hərbçilərimizin həmləsi ilə ədalətin zəfər çalacağı heç kimdə zərrə qədər şübhə dogurmur", - Ə.Əhmədov vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Daha bir erməni əsgər öldü
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Bu gecə 10 erməni əsgəri yaralanıb: Birinin vəziyyəti ağırdır - Rəsmi
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Xocavənddəki erməni balaları üçün daha bir məktəb açıldı...-FOTO
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
Qarabağ haqqında erməni filmi “Kann-2020”-nin siyahısına daxil edildi?..
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
PKK-nın xüsusi təyinatlıları Qarabağa göndərildi - TƏFƏRRÜAT
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
Azərbaycanlı xanımlardan Akopyanın silahlı fotosessiyasına ETİRAZ
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq
Paşinyan BBC-də özünü biabır etdi
ABŞ şirkəti Laçının kəndində  erməni uşaqlar üçün oyun meydanşası yaratdı...-FOTOLAR
“Qarabağ”ın oyununda erməni təxribatı
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Ermənistan girovların dəyişdirilməsinə niyə hazır deyil? - TƏHLİL
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?