İcra başçısı 16 milyonluq borcdan danışdı
15-09-2020, 14:16
64

İcra başçısı 16 milyonluq borcdan danışdı

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidentliyə namizəd olduğunu xəbər vermişdik.
58 yaşlı S.Mikayılov ABF-in saytına açıqlamasında AIBA-nın 16 milyon dollarlıq borcunu bağlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:
“Mən bununla bağlı heç kimə söz vermədim. Sadəcə bildirdim və platformamda da qeyd etdim ki, üç ay ərzində xüsusi komissiya yaradılacaq və həmin qrup borclarla bağlı məsələləri araşdıracaq. Çünki bu pulların nə üçün götürülməsi, hara investisiya qoyulması, necə xərclənməsi barədə heç kimdə təfərrüatı ilə dəqiq məlumat yoxdur. Mən “borcları bağlayacağam” demədim”.
Onu da bildirək ki, xarici mətbuatda AIBA-nın 16 milyon dollarlıq borcunun “Benkons” şirkətinə olduğu qeyd olunur. “Benkons” isə “Gilan Holdinq”ə məxsus məhdud məsuliyyətli cəmiyyətdir. 2018-ci ilin martında Rusiyanın paytaxtı Moskvada keçirilən AIBA-nın Konqresində AIBA İcraiyyə Komitəsinin üzvü kimi Süleyman Mikayılov “Benkons” ilə qarşıdurmanı aradan qaldıracağını və bütün həll edilməli məsələləri yoluna qoyacağını vəd edib.
Qeyd edək ki, ötən ilin martın 29-dan AIBA-nın prezident postu boşdur. Müvəqqəti olaraq bu funksiyanı mərakeşli Məhəmməd Mustasan icra edir. Prezident seçkiləri dekabrın 12-13-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək AIBA-nın Növbədənkənar Konqresi zamanı baş tutacaq.

Oxşar xəbərlər

Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Elmar Məmmədyarov danışdı: “Hara gedirəm?”
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
İş adamından toy ilə bağlı AÇIQLAMA
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Metronun yeni stansiyasına Polad Həşimovun adı veriləcək? - Rəsmi açıqlama
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
“Hafka” generalla 100 minlik qalmaqaldan danışdı: "Bizim kiminlə problemimiz var ki?"
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
Tramp prezident seçkilərinə Maykl Penslə gedir
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
İcra başçısı məhkəməyə verildi
İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?