Allahşükür Paşazadə Vyanadadır
15-09-2020, 14:19
96

Allahşükür Paşazadə Vyanadadır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 14 sentyabr tarixində Avstriya Respublikasının paytaxtı Vyanada KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının iclasında iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən bildirilib ki, üzvü olduğu 9 nəfərlik Direktorlar Şurasının pandemiya dövründə keçirilmiş iki onlayn iclasından sonra ilk dəfə toplantıya Vyanadan — KAİCİİD-in mənzil-qərargahından qatılan QMİ sədri A. Paşazadə iclasa sədrlik edən Konstantinopol Ekumenik Patriarxiyasinin Ekzarxi Mitropolit Emmanuellə birgə Şuranın digər üzvləri ilə videokonfransda iştirak edib.
Çıxış edən QMİ sədri  KAICIID Baş katibi Feysal bin Muammara və Direktorlar şurasının üzvlərinə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını, dövlət başçımızın xeyir-dualarını çatdırıb.
Videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğulayıb.
Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparıldı, qurumun idarəçiliyinə dair struktur dəyişikliklər edilib.
Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi əhəmiyyətli məsələlər daxil idi. Beynəlxalq və regional əhəmiyyətli mühüm hadisələrin müzakirəsi baxımından BMT ilə əməkdaşlıq formatı xüsusi müzakirə edilib.
BMT agentlikləri ilə əməkdaşlığa dair prioritetlərin Şura üçün olduqca mühüm olub, ümumi işin mənafeyinə xidmət etdiyi səbəbindən bu istiqamətdə işlərin daha böyük səylə davam və inkişaf etdirilməsi zərurəti vurğulanıb.
Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş  “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC)  KAİCİİD Dialoq Mərkəzi ilə müştərək fəaliyyət istiqamətlərinin perspektivləri barədə Şura üzvlərini məlumatlandırıb. QMİ sədri A. Paşazadə postpandemiya dövründə müxtəlif lokal və beynəlxalq tədbirlərin keçiriləcəyini və həmin tədbirlərdə dinlər və sivilizasiyalar arası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını bəyan edib.
KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri həmkarları olan Şeyxülislam A. Paşazadənin Nobel Sülh mükafatı kimi nüfuzlu bir təltifata namizədliyinin təsdiqi xəbərini yekdilliklə bəyənərək, beynəlxalq qurum olaraq, bu mötəbər təqdimata dair müsbət rəylərini müvafiq ünvana yönəltmək iradələrini ifadə ediblər.
Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının videotoplantısında dünyada, müxtəlif regionlarda baş verən mühüm hadisələrə dair müzakirələrdə iştirak edən QMİ sədri A. Paşazadə qaldırılan məsələlərə dair öz fikirlərini bölüşüb. Xüsusən, iyul ayında Azərbaycan-Ermənistan sərhəddində baş vermiş erməni təxribatı barədə iclas iştirakçılarını məlumatlandıran A. Paşazadə 20 faiz torpaqlarımızı zəbt etmiş Ermənistan tərəfinin aqressiyasının miqyasının artması, mülki əhalini hədəf alması və işğal olunmuş ərazilərimizdə dini abidələrə təcavüz etməsi səbəbindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səylərin nəticəsiz qalmasını Şura üzvlərinin diqqətinə çatdırıb. 
Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan  Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti Koşo Nivano, habelə Beynəlxalq Mərkəzin Baş Katibinin müavini Alvaro Albacete videokonfransda iştirak və çıxış ediblər. Onlayn iclas məhsuldar keçdi, ümumi rəy bundan ibarət oldu ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin imkan daxilində qismən də olsa canlı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur.

Oxşar xəbərlər

Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Şeyxin mühafizəçisinə ağır itki
DİM sədri: “Yanlış məlumatlar yayanlara inanmayın”
DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”
DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama
Qəbul imtahanlarının vaxtı açıqlandı — RƏSMİ AÇIQLAMA
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Allahşükür Paşazadə din xadimləri ilə görüş keçirdi
Qəbul imtahanlarının ilkin tarixi açıqlandı
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
Azərbaycan Ağsaqqallar Şurasının yeni sədri kim olacaq? - AÇIQLAMA
DİM Ombudsmanın məktubuna cavab verib
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
V qrupda qabiliyyət imtahanları ləğv olundu - ballar artırıldı
DİM sədri elektron ərizə qəbuluna münasibət bildirdi
I ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayanların sayı açıqlandı - RƏSMİ
Məleykə Abbaszadə: "Düzgün seçim eləsələr, hamısı qəbul olunacaq"
Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib
Kim Çen Inn müavinini Bakıya göndərdi
DİM 600-dən çox bal toplayanların sayını açıqladı
Belarus müxalifətinin üzvləri İstintaq komitəsinə aparılır - VİDEO
DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər
Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
Bu ixtisasların keçid balı 150-ə yaxın ola bilər - DİM
Bu gün Məhərrəm ayı başlayıb
Dmitri Medvedev Kubada Raul Kastro ilə görüşüb