ABŞ-da Kaliforniya, Oreqon və Vaşinqton ştatlarının təsiri altına salan yanğınlar söndürülə bilmir. 
Gündəlik Bakı xəbər verir ki, artıq yanğında həyatını itirənlərin sayı 36 nəfərə çatıb. Fəlakətlə bağlı məlumat əldə etmək üçün bölgəyə gedən ABŞ prezidenti Donald Tramp reaksiya görəcək ifadələrə yer verib. Yanğının qlobal istiləşmə ilə əlaqəsini inkar edən Tramp, "Narahat olmayın, soyuyacaq, sadəcə izləyin",-deyib.
Qeyd edək ki, yanğına təxminən 17 min yanğınsöndürən müdaxilə edir. Üç ştatda davam edən yanğında 15 avqustdan bəri təxminən 1.9 milyon hektar ərazi yanıb.