DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib
15-09-2020, 15:08
86

DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Neftçi" Peşəkar Futbol Klubu UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində 2020-ci il sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu ilə əlaqədar ictimaiyyətin diqqətinə çatdırır ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, qarşılaşma azarkeşsiz keçiriləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildiririk ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.
DİN, AFFA və "Neftçi" PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.
Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.

Oxşar xəbərlər

Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
“Qalatasaray“ sabah Bakıya gələcək
"Neftçi" "Qarabağ"la xal fərqini azaldıb
UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
AFFA 2 futbolçunu cəzalandırdı – danılmış oyunlara görə
AVRO-2024-ün püşk tarixi və yeri müəyyənləşdi
Almaniya qəzeti Lüksemburqda keçirilən futbol matçındakı erməni təxribatından yazır
UEFA: "Bu vəziyyətdə futbol oynamaq mümkün deyil"
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
"Qarabağ"ın rəqibi Bakıya yollandı
UEFA Millətlər Liqası ləğv olunmayacaq
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
“Qarabağ“ın növbəti oyununu qazaxıstanlı hakimlər idarə edəcək
"Təxribatla bağlı Lüksemburq səfirinə tapşırıq verildi" - XİN
Restoranlarda xidmət tam bərpa edilir
Çempionlar Liqasının finalı İstanbuldan alına bilər
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
Avroliqada üç gündə 45 oyun
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Operativ Qərargah vətəndaşlara müraciət edib
Azərbaycanda din xadimi həbs edildi
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
Millimiz yoldaşlıq görüşü keçirəcək
UEFA Azərbaycan klublarına pul ödədi
Bugün Operativ Qərargahın brifinq keçiriləcək
Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdir?