7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
15-09-2020, 15:17
1 712

7 mindən çox saxta əlillik təyinatı ləğv edilib

Azərbaycanın dövlət büdcəsi üçün illik maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib.
Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
“Ümumilikdə, 7 mindən çox saxta əlillik ləğv edilib və onların illik dövlət büdcəsi üçün maliyyə yükü 35 mln. manatdan artıq idi. Bu, hər il davam edən, təkrarlanan ödənişlərdir. Ümumilikdə, 7 min şəxsə 20 illik dövr ərzində 700 mln. ödəniş həyata keçiriləcəkdi ki, bunun qarşısı alınıb. Saxta əlillik problemi tək Azərbaycanda deyil, ən inkişaf etmiş ölkələrdə belə əlillik təyin edilərkən 10%-ə qədər yanlışlıq olması faktları ilə rastlaşırıq. Ona görə də mütəmadi olaraq müxtəlif meyarlar üzərindən monitorinqlər, qiymətləndirmələr aparılacaq”, - deyə nazir bildirib.
S. Babayev onu da əlavə edib ki, bu yaxınlarda Nazirlik Baş Prokurorluqla birgə daxil olan məlumat əsasında əməliyyat tədbirləri həyata keçirib və maddi maraq müqabilində əlillik təyinatı verməyə çalışan həm xəstəxana, həm də tibbi sosial ekspertiza personalı ilə bağlı ən sərt şəkildə tədbirlər görüldü: “Yəni araşdırmalarımız elektron sistemlər üzərindən aparılır, çünki bu zaman bir çox əlillik növləri var ki, onlar vətəndaşı əmək qabiliyyətsiz edir və biz elektron sistemlər üzərindən onların fərqli məlumatlarını gördükdə onlarla bağlı araşdırma aparılır. Eyni zamanda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər şikayətlər əsasında problemləri aradan qaldırmağa çalışır”.(APA)

Oxşar xəbərlər

6500-dən çox şəxs əsassız olaraq əlillik müavinəti alırmış
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Deputat Sahil Babayevin işçilərindən Əli Əsədova şikayət etdi - "Əlillik almada süni maneələr yaradılır"
13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib - Rəsmi
Şirkətlər və sahibkarlar üçün - YENİ CƏRİMƏLƏR
Sahil Babayevdən yeni TƏYİNAT
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ
İranda “saxta tibb bacısı” əməliyyatı
Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
Gələn ildən pensiyalar artacaq - Nazir
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama
Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir
“İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Polis saxta pul çap edənləri yaxalayıb
Bakıda "general" həbs edildi
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı - Foto
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib