Milli Məclisdə su problemləri ilə bağlı məsələ müzakirə edilib
15-09-2020, 16:02
110

Milli Məclisdə su problemləri ilə bağlı məsələ müzakirə edilib

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Gündəlik Bakı xəbər verir ki, komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.
Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda, həmçinin, Torpaq Məcəlləsində, Mülki və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirədən keçirilərək Milli Məclisə tövsiyə edilib.
Qeyd olunub ki, ötən dövrdə komitədə ölkəmiz üçün çox vacib məsələ olan su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin həllinə həsr olunmuş geniştərkibli parlament dinləmələri keçirilib. “Azərsu” ASC rəhbərliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin qatıldığı tədbirdə su sektorundakı mövcud problemlər, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi barədə məsələlərə ətraflı nəzər salınıb, Su Məcəlləsinin yenidən işlənməsinin vacibliyi vurğulanıb.
Sadiq Qurbanov qeyd edib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi barədə sənədlərin müzakirəsi daxil edilib. Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilərək hazırlanması, komitənin əhatə etdiyi sahələrlə bağlı yerlərdə maarifləndirici tədbirlərin təşkili də görüləcək işlərin sırasına daxildir. Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiq edilib.
Komitəni toplantısında cari məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Deputatlardan Asim Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov nef istehsalı və emalı zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında ətraf mühitə münasibətin daha da yaxşılaşdırılması üçün Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün “Yaşıl bilik” adlı proqramın işlənib hazırlanması, su və təbii qaz təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildiriblər, faydalı təkliflər səsləndiriblər.(Report)

Oxşar xəbərlər

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplanır - 8 məsələyə baxılacaq
Milli Məclisin payız sessiyası başlayır
Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır — Deputatlar nəyi müzakirə edəcək?
Deputatlar yenə toplanır: Üç məsələ müzakirə olunacaq
Deputatlar bu gün nələri müzakirə edəcək?
2000-ə yaxın şəxs cərimələnib - Qadağan olunmuş yerlərdə siqaret çəkən və...
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Nazirlər parlamentə toplaşacaq
Azərbaycanda büdcə qaydasının tətbiqi yanvara qədər təxirə salınır
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
MTRŞ AZTV ilə bağlı məhkəməyə müraciət etdi
ATV və Lider TV-nin yayımı dayandırılacaq
"Real TV"nin peyk yayımı lisenziyasına xitam verildi
Xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq - Deputatdan açıqlama
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
2020-ci il dövlət büdcəsinə dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunur
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Artur Rəsizadənin verdiyi qərar ləğv edildi
ATV-nin yayımı bir saatlıq dayandırıldı
Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq
112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi - Azərbaycanda
Sübahir Qurbanov əfv edildi
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib