Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib
15-09-2020, 16:51
110

Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qobustan rayonunun Təklə kəndindəki Türk Şəhidliyində anım mərasimi keçirilib.
Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş avtomobil karvanı hərbi hissədən çıxaraq həmin ünvana yollanıb.
Müdafiə Nazirliyi adından Türk Şəhidliyindəki abidə-kompleksinin önünə əklil qoyulub.
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın və Türkiyənin müstəqilliyi və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Nuru Paşanın rəhbərliyi altında Azərbaycan və Türkiyə əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun erməni-bolşevik işğalçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsindən, onların şücaət və igidliklərindən ətraflı söhbət açıb.
Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsinin rəis müavini general-mayor Rasim Əliyev tarixin bütün zamanlarında Azərbaycan xalqının Türkiyəyə, Türkiyə xalqının isə Azərbaycana daim arxa və kömək olduqlarını bildirib.
Birinci Dünya müharibəsi illərində Çanaqqala zəfərinin qazanılmasında, eləcə də Qurtuluş savaşında azərbaycanlıların qardaş türk xalqına maddi-mənəvi və canlı qüvvə sarıdan göstərdiyi qardaşlıq köməyindən bəhs edən general-mayor R.Əliyev Türkiyə xalqının və dövlətinin də həmişə Azərbaycana cəsarətli dəstək nümayiş etdirdiyini bir daha vurğulayıb.
Qeyd edilib ki, bu ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlara qarşı ilk etiraz səsini yüksəldən məhz qardaş Türkiyə olmuş və düşmənin iyrənc əməllərini qətiyyətlə pisləmişdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yunanıstanın ölkəmizdəki səfirini qəbul edərkən səsləndirdiyi cəsarətli fikirlərin Türkiyə ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılandığını diqqətə çatdıran general-mayor R.Əliyev bildirib ki, bugün də Azərbaycan və Türkiyə bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində daha uğurlu siyasət aparır, möhtəşəm layihələr həyata keçirilir.
Tarixi milli-mənəvi dəyərlərə, eyni dilə, eyni dinə malik olan hər iki ölkənin dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir.
Türkiyə Silahlı Qüvvələrinin zabiti Alper Karacaoğlu Azərbaycan uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinə göstərilən hörmət və ehtirama, onların adlarının əbədiləşdirilməsində və türk şəhidliklərinin əsl ziyarətgaha çevrilməsində xidməti olanlara - Azərbaycan Prezidentinə, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Təklə kəndinin sakini Gülbala Bayramov hələ sovet dövründə Acıdərədəki türk zabitinin məzarının qadağalara baxmayaraq yerli sakinlər tərəfindən qorunduğunu, daim ziyarət olunduğunu qeyd edib.
Sonra iştirakçılar türk zabitinin məzarını ziyarət edib, qırmızı qərənfillər düzüb və xatirə şəkli çəkdiriblər.
Mərasimindən sonra hərbi hissədə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” devizi altında ədəbi-musiqili tədbir keçirilib.

Fotolar






Oxşar xəbərlər

Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTO
Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub
Bakının işğaldan azad edilməsindən 102 il ötür
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirdi - FOTO
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
"Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?!" - Ceyhun Bayramov
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Suriyada türk əsgəri şəhid oldu
Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirir - Fotolar
SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər... - FOTO
Zakir Həsənov Çinə gedəcək
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək
“Tutaq ki, Türkiyə ilə hərbi ittifaq sazişi alınmadı,   onda Qarabağın taleyi necə olacaq?..”
Azərbaycanda ordudan tərxis başladı
Türk ordusu 11 PKK terrorçusunu məhv etdi
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Prezidentin köməkçisi ön cəbhəyə getdi - FOTO
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Hulusi Akar Liviyaya səfər edib
Ələddin Çakıcı Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etdi
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
“Sergey Şoyqu bu gün Azərbaycana gəlməzdən əvvəl Ermənistanın Müdafiə naziri ilə danışıb” - Politoloq
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh