"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - Foto
15-09-2020, 18:00
111

"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - Foto

Bakıda qanunsuz silah saxlamaqda təqsirləndirilən Tofiq Qaranizadənin barəsində cinayət işinin istintaqı başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüsal Qurbanovun icraatına verilib.
Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Onu da qeyd edək ki, Tofiq Qaranizadə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamıdır. O, bir neçə il əvvəl Bakıda "Bulaq" restoranında kriminal avtoritetlər arasında baş verən atışmada iştirak etdiyi üçün tutulub. Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilən Tofiq Qaranizadə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılıb.

Oxşar xəbərlər

Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı
Silah gəzdirən şəxs saxlanıldı
Xızıda sürücü polisləri silahla hədələdi
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Maştağada silahlı şəxs tutuldu – Foto
Səbaildə narkotacir saxlanılıb - Foto
Adam öldürmək üçün avtomat aldı
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
“Krıtı Malış Gəncəli” saxlanıldı - FOTO
Goranboyda xeyli sayda silah-sursat tapıldı
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Azərbaycanda dörd qadın birləşib, kişinin evini soydu
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib
Elvin İsayevin məhkəməsi başlayır
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
“Şəkili Sayka” tutuldu - Video
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Balakəndə narkotacir tutuldu - FOTO
Axtarışda olan şəxsin üstündə qumbara tapıldı
Binəqədidə əməliyyat keçirilib - Həbs olunanlar var...
Bakı sakinindən odlu silah götürülüb
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
"Lotu Quli"nin yaxın qohumu Bakıda həbs edildi
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO