Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
15-09-2020, 20:09
173

Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanılıb.
Nazirlikdən verilən məlumata görə, Şamaxı şəhərində bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb.
Geniş imkanlara malik sistem NFC texnologiyası, QR kodla ödəmə, sosial kateqoriyalar üzrə xüsusi endirim, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallıqları özündə birləşdirir.
Qeyd edək ki, bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür.
Sistem istənilən bank kartını dəstəkləyir. Vətəndaş bank kartı olmadığı halda bu xidmətdən istifadə üçün “Azər-Türk Bank” ASC-nin təqdim etdiyi “Prepaid” bank kartlarından yararlana bilər. Bu kartları təkcə ictimai nəqliyyatda deyil, həmçinin digər ödənişlər (kommunal xərclər, mağazada alış-veriş və s.) üçün istifadə etmək mümkündür.
Sözügedən kartı “Azər-Türk Bank” ASC-nin filiallarından, “Azərpoçt” MMC-nin filial və şöbələrindən əldə etmək olar. Kartların şəhərin müxtəlif yerlərində quraşdırılan xüsusi qurğulardan da əldə edilməsi imkanı yaradılacaq. Bu layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq hazırlanıb. Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, marşrut xəttini müəyyənləşdirmək olacaq. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı “Prepaid” kartın üzərinə tutmaq kifayətdir.
Məlumat üçün bildirək ki, layihənin sponsoru “Mastercard”, tənzimləyici qurum isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətidir. Layihə çərçivəsində kart prosessinq və maliyyə xidmətlərini isə “Azər-Türk Bank” ASC həyata keçirəcək.
Qeyd edək ki, ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “ağıllı” şəhər layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır.

Oxşar xəbərlər

Kapital Bank-dan təqaüdçülərə güzəşt
Elektrik qatarlarında ödənişlə bağlı yenilik
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Banklarda kredit verilməsi prosesi sadələşir
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Avqustun 190 manatı nə vaxt veriləcək? - AÇIQLAMA
Yoxsul təbəqə üçün bank xidmətləri pulsuz oldu
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır
“Azərenerji” 2018-ci il “zülmətinin” bir daha təkrarlanmaması üçün modern sistem
Pensiyalar ödənildi
"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
Pensiya ilə bağlı ŞAD XƏBƏR
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verildi
Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
Bakıda və Abşeroda rəqəmli radionun test yayımı uğurla nəticələndi
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
190 manatlıq ödəmə maydan sonra da veriləcək? - Nazir müavini açıqladı
“Günay Bank”a yeni sədr təyin edildi
Bu gündən «Atabank» və «Amrahbank»dakı əmanətlər - QAYTARILIR