Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
15-09-2020, 21:13
178

Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama

Baş Prokurorluq Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya aid torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi barədə informasiyalara münasibət bildirib.
Açıqlamada deyilir:
“Daşqın Nəsirov tərəfindən Əzizəxanım Atayeva ilə Xumara Şabanova sağ olduları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələri və Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının saxtalaşdırılaraq onlara məxsus torpaq sahələrinin qanunsuz satılması barədə müraciətlər əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan Daşqın Nəsirovun Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt üzrə Xəzər rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar
Türkanda 2 ahıl qadını "öldürüb" torpaqlarını ələ keçirdilər - dəhşətli cinayətin izi ilə...
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Buzovnada torpaq sahəsinin zəbt olunması ilə bağlı DİN-dən AÇIQLAMA
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Bakı sakini kürəkənini güllələdi
İcra başçısının qanunsuz göstərişi qalmaqala SƏBƏB OLDU
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Bələdiyyə sədrinə cinayət işi açıldı
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Ağdamda polislərə zor tətbiq edənlərin işi məhkəməyə göndərildi
Xəzər Aslanovun Xızıda “yaşıl soyqırım”ı davam edir…
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub?
Bakı sakinindən odlu silah götürülüb
Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Daha bir sabiq məmura cinayət işi açıldı
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)