Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi
16-09-2020, 10:17
159

Şəhid evini söküb məscid tikmək istəyən şəxs həbs edildi

Şəmkirdə şəhid üçün tikilən evi söküb yerində məscid tikmək iddiasında olan şəxs saxlanılıb.
Sentyabrın 14-də Şəmkir rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə daxil olan müraciətdə qeyd olunub ki, rayonun Dəllər qəsəbəsində İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb.
Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktiki söhbətlər aparılmasına baxmayaraq sonuncu, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayaraq cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib və onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə E.Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.(Yenisabah.az)

Oxşar xəbərlər

Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
İcra Hakimiyyətindən şəhid polkovnikin barelyefi ilə bağlı AÇIQLAMA: - “Təbrizlə əlaqə saxlayacağıq”
DİN: Balakəndə polisə müqavimət göstərməyə cəhd edən 4 nəfər saxlanılıb
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb
Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi - FOTO
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
DİN daha bir iddiaya aydınlıq gətirdi - "Anası dəfələrlə oğlu tərəfindən döyüldüyünü bildirib"
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? - DİN-dən açıqlama
Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
İsmayıllıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Gəncədə avtoxuliqanlıq edən şəxs tutuldu - FOTO
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Xüsusi karantin rejimini pozaraq, həbs edilənlərlə görüş keçirildi - FOTO/VİDEO
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi