Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
16-09-2020, 10:45
242

Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”

KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyinin fəaliyyəti dövründə yol verilmiş qanunsuz əməllərin istintaq araşdırması davam edir.
Fondun sabiq icraçı direktoru Vüqar Səfərlidən qanunsuz yollarla mənimsədiyi külli miqdarda dövlət vəsaitinin geri qaytarılması tələb olunur.
Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyinin dövründə baş vermiş cinayət əməllərinin istintaqı zamanı yeni detallar aşkarlanıb.
KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli istintaqa verdiyi ifadədə özünü məsuliyyətdən kənarda saxlamaq üçün aşkarlanan qanunsuz əməlləri Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun tapşırığı ilə həyata keçirdiyini bildirib.
Qeyd olunur ki, mənimsədiyi dövlət vəsaitini geri qaytarmaq məcburiyyətində qalan Vüqar Səfərli zəruri məbləği toplamaq üçün paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən otellərini və digər obyektlərini dəyər-dəyməzinə satışa çıxarıb. Lakin bununla da yarası sağalmayan Səfərli vəzifədə olduğu 12 il ərzində əlaqəni kəsdiyi qohumlarına belə borc üçün ağız açmalı olub. /Yenicag.az

Oxşar xəbərlər

Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Əli Həsənov daha bir media rıçaqını itirir
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Əli Həsənov və əlaltıları həbs edilə bilər
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Əli Həsənovun qırmızı yalanı
Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."
“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular…”
"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən açıqlamalar
Əli Həsənov üçün sanılı günlər başladı - Təkcə onun qollarına qandal vurulmayacaq...
MŞ və Amaşov ətrafında həlqə daralır -sunami irəlidədir
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Səttar Mehbalıyev ailəsini ölkədən qaçırdıb? - İDDİA
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Prezidentinin köməkçisi KİVDF rəhbərliyi ilə görüşür – Ev bölgüsü müzakirə olunacaq
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ