Şəmsi Səmədzadə 2000-ci il, 34 yaşında həbs edilərək ömürlük həbsə məhkum edilib.
Qeyri-rəsmi məlumatlarda deyilir ki, Şəmsi Səmədzadə sabiq Baş prokuror Zakir Qaralova sillə vurduğu üçün bu ağır cəzaya məhkum edilib. Hətta o, həbsdən azad edilən gün jurnalistlərlə keçirdiyi brifinqdə belə həbsinin səbəbi kimi məhz bu versiyanın üzərində dayandı.
Şəmsi Səmədzadənin həbsdən çıxandan sonra verdiyi ilk açıqlama ilə bağlı geniş yazı yazdığım səbəbindən mənə bu mövzuda çoxlu suallar ünvanlanıb. Bu sualların əsas məğzi budur: bəs, Şəmsi Səmədzadəyə elan olunan rəsmi ittiham nədən ibarət olub?
Maraqlıdır ki, bu sualı mənə hətta ölkənin ən tanınmış bir neçə saytının rəhbəri də verib. Başa düşdüm ki, həbsin üstündən 22 il zaman keçdiyi üçün Şəmsi Səmədzadənin həbsi ilə bağlı internetdə heç bir məlumat yoxdur.
Məhz bu amil də jurnalistlərin işini çətinə salır. Mövzu cəlbedici, məlumat isə yox! Şəmsinin ömürlük cəzaya məhkum edilməsilə ilə bağlı yaranan müəmma başadüşüləndir. Ağıllı adam həmin dəqiqə bilir ki, Baş prokurora hətta bir sillə vurulsa belə, bunun cəzası ömürlük həbs ola bilməz.
Maraqlıdır ki, həmin vaxt Şəmsi Səmədzadənin vəkili olmuş çox tanınmış bir şəxs də bu barədə heç bir açıqlama vermir. Hətta mənim həmin vəkilə ünvanladığım yazılı sorğu da cavabsız qaldı. Ancaq özəl kanallarla əldə etdiyim maraqlı məlumatlar oldu. Onları sizinlə bölüşmək istərdim.
Şəmsi Səmədzadə 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Həmin kənd Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəddir. Şəmsi Səmədzadə müsahibələrində deyir ki, Səmənd ağanın soyundandır. Səmənd ağa həmin mahalın çox nüfuzlu şəxslərindən olub. Şəmsi Səmədzadə həmin kişinin oğul yox, qız nəvəsidir.
1988-ci ildə Qərbi Azərbaycandan deportasiya ediləndən sonra Şəmsi Səmədoğlu əvvəlki Xanlar, indiki Göygöl rayonunun Quşqara kəndində məskunlaşıb. Sonra Şəmsi həmin kəndin adını atasının şərəfinə Səmədabad edib. Hazırda isə kəndin adı Səmədabad deyil.
Qaçqınlıqdan sonra Şəmsi Səmədoğlu elə də imkanlı adam olmayıb. Əslən Naxçıvandan olan “Spirt Miri” kimi tanınan spirt zavodunun müdirinin sürücüsü işləyib. Ötən əsrin 90-cı illərin əvvəlində hökm sürən hərc-mərclik Mirinin həyatının sonu ilə nəticələnir. Həmin vaxt Miridən aylıq haqq istəyən kriminal avtoritetlər “yox!” cavabını alırlar.
Məhz bunun nəticəsində də Miri müəmmalı şəkildə öldürülür. Bəzi versiyalarda Mirinin ölümündə Şəmsinin əlinin olduğuna dair fikirlər səslənir.
Ancaq məlumatlı şəxslər bunu inandırıcı saymırlar. Çünki Mirinin ölümündən sonra Şəmsi onun ailəsinə və övladlarına xüsusi qayğı ilə yanaşıb. Təbiətən zirəng olan Şəmsi Mirinin ölümündən sonra spirt zavoda nəzarəti tam ələ keçirir.
Zavodu yaxın qohumlarından birinin adına sənədləşdirir, ancaq faktiki olaraq sahibi özü olur. Əlinə külli miqdarda pul gələndən sonra, Şəmsi nüfuz qazanmağa başlayır. Həmin zonada ən çox qohum-əqrəbaya malik adam olmaqla yanaşı, həm də pullu olmaq onun personasını daha da cazibədar edir. Tanıyanlar Şəmsini əliaçıq və pul xərcləyən adam kimi xarakterizə edirlər.
Şəmsinin ömürlüyə göndərildiyi rəsmi ittiham Zakir Qaralova sillə vurmaqla bağlı deyil, 120-ci (qəsdən adam öldürmə) maddəsinin ən ağır bəndləri ilə əlaqəlidir. 1993-cü ildə Şəmsinin Ramiz adlı xalası oğlu, Çingiz adlı başqa bir qohumu və adını bilmədiyim üçüncü bir şəxs Vüqar adlı polis zabitinin ölümündə təqsirli bilinərək həbs edilirlər.
Həmin cinayət işində Şəmsinin də adı hallansa da, o, məsuliyyətdən kənar qala bilib. Qohumları isə cinayət sübut olunmadığına görə qısa müddət sonra azadlığa çıxırlar.
Nəhayət 2000-ci ildə Şəmsi iqtisadi mahiyyətli hüquqpozmalarda təqsirli bilinərək həbs edilir. Həmin həbsdən sonra Vüqar adlı polis zabitinin ölümü ilə bağlı cinayət işi yenidən qaldırılır və Şəmsi Səmədzadəyə həmin qətlin təşkilatçısı kimi ittiham elan olunur. Nəticədə o, ömürlük cəzaya məhkum edilir.
Qeyd edək ki, Şəmsi Səmədzadə siyasətə də meyilli adam olub. O, AMİP-in rəsmi üzvü olmasa da, qonşu kəndlisi olan Etibar Məmmədovun hakimiyyətə qarşı ən radikal mövqe sərgiləyən vaxtlarında ona ciddi maliyyə dəstəyi verib.
Şəmsi Səmədzadənin hazırda maddi vəziyyəti elə də ürəkaçan deyil. Əlində olan nə vardısa, hamısı alınıb, satılıb, xərclənib. Ancaq ehtimal olunur ki, Qərbi azərbaycanlıların kompakt yaşadığı Gəncəbasar zonasında onun yenidən parlaması üçün şərait yaradılacaq. Niyəsi barədə növbəti yazıda…
P.S. Şəmsi Səmədzadənin və bütün dustaqların azad edilməsini iki əlli alqışlayıram. Mənim bu yöndə yazılarım qətiyyən Şəmsinin azad edilməsinə etiraz mahiyyəti daşımır. Sadəcə, çox maraqlı persona və proses olduğuna görə, bu mövzuya jurnalist marağım yaranıb. Allah onun və heç kimin yolunu bir də oralara salmasın.
Yenicag.az
Zakir Qaralovun düşməni Şəmsi Səmədzadə kimin ölümünə görə ömürlük həbs alıb?
04
iyun
11:03

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə kimdir?
Ömürlük həbs cəzası alan Şəmsi Səmədzadə əfv OLUNDU
Şəmsi Səmədzadə 22 il sonra azadlıqda - Foto+Video
Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv oluna bilər
İranda son çərşənbə faciəsi - 6 ölü, 331 yaralı
Terror təşkilatının rəhbəri həbsxanada ÖLDÜ
Türkiyəli diplomatı öldürən erməni terrorçu İrəvanda SAXLANILDI
Müğənni ömürlük azadlıqdan məhrum edilə bilər - Səbəbi isə...
Hər binada 4 nömrəli mənzili alıb - 30 milyonluq əmlak siyahısı
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Müğənni Nadirin oğlunun toyundan görüntülər – VİDEO
Metro terroruna görə ömürlük cəza alan şəxs ƏFV EDİLDİ
ABŞ-da qatilə 1282 il həbs cəzası verildi
Azərbaycanda ömürlük məhkumlar əfv oluna bilər
Bakıda çimərlikdə kütləvi dava - bıçaqlananlar var
Elçin Əliyevin anası Rövşən Əkbərova ömürlük həbs istədi
Sabiq icra başçsının oğlunu öldürən ömürlük məhkumun cəzası azaldıldı
Fuad Qəhrəmanlı və daha 20 nəfər azadlığa çıxdı (SİYAHI)
Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edildi
Azərbaycanda daha bir tanınmış iş adamının həbs olunduğu bildirilir – TƏFƏRRÜAT
22 polisi qətlə yetirən terrorçu mühakimə olunacaq
TƏBİB-də yeni kadr təyinatı olub - FOTO
Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ
Eldar Həsənovdan sonra növbədə Zakir Qaralovdur- “Akkord”un sahibi Qaralov Baynəlxalq Banka olan 700 milyon borcunu ödəmir
Xoşqədəm Hidayətqızından həbs tələbi xəbərlərinə REAKSİYA - VİDEO
Müğənnini döyən məşhur aktyor həbs olunacaq
Yardımlı RTŞ müdürinin diplomsuz vəzifə tutan “kadr”ı KİMDİR? – NAZİRİN NƏZƏRİNƏ
17 yaşlı oğlan “iPhone“ almaq üçün böyrəyini satdı
Bu ölkədə məktəbli "Squid Game"ə görə güllələnəcək
Sabiq xidmət rəisinə hökm oxundu: 11 il həbs cəzası, 600 min manat...
- Ağız qoxusu bu xəstəliklərin ilkin əlaməti ola bilər
- Bütün günü yuxulusunuz? – DİQQƏTLƏ OXUYUN
- Havaların kəskin dəyişməsinin sağlamlıq üçün FƏSADLARI - HƏKİM DANIŞDI
- Rəhbərliyə xəbərçilik edən iş yoldaşını bıçaqladı - Bakıda qəribə hadisə
- Çox yatmaq təhlükəlidir – Alimlər açıqladı
- Rusiya XİN Lavrova görə Baltikyanı ölkələrin XİN başçılarının ATƏT tədbirinə qatılmamasına münasibət bildirib
- Çindən və Cənubi Koreyadan Azərbaycana gələnlərin sayı artıb
- "Şahramanyan bununla bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır" - Babayan
- Məhkəmə "Baku Steel Company"nin keçmiş rəhbərinin əmlakları ilə bağlı qərar verib
- Bakıda metroda ÖLÜM
- ABŞ-ın yeni səfiri bu həftə Bakıya gəlir
- Nazir onu direktor təyin etdi - FOTO
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi