Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yenisabah.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyləri açıqlanıb.
Ekspertiza rəylərində göstərilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə İmişli rayonunun Səraxı Uşaq bağçasına ayrılan 5 min manatlıq avadanlıq təhvil verilməyib.
Bundan başqa, İmişli rayon Mənzil İstismar İdarəsinə, rayon Mərkəzi Xəstəxanasına, uşaq bağçaları, orta məktəblər və digər obyektlərə ayrılan vəsaitlərin bir qismi təyinatı üzrə xərclənməyib.
Prosesdə Vilyam Hacıyevin vəkili yoxlama aktına əsasən hazırlanmış ekspertiza rəylərinə etiraz edib. Vəkil məhkəməyə sənəd təqdim edərək bildirib ki, ekspertin əsaslandığı yoxlama aktı icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev tərəfindən hazırlanıb.
"Yoxlama aktında nə varsa, ekspert də onu köçürüb. Ekspertin özünün fikri olmayıb, heç nəyə də baxmayıb. Çox qəribə olsa da, yoxlama aktını tərtib edən icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevdir. Həmin Cəmil Musayev ki, burda ifadə verən əksər şahidlər ona rüşvət verdiklərini deyiblər. Yoxlama aktı seçmə üsulu ilə aparılıb. Obyektin birinə baxıb, digərlərini də ona uyğun tərtib ediblər.
2017-ci ildən 2020-ci ilə qədər iki ekspertiza rəyi var. Onlardan birində 5 milyon 684 min, digərində 4 milyon 786 min məbləğ göstərilib. Yoxlama seçmə üsulu ilə aparılıb, obyektlər bir-bir araşdırılmayıb", - vəkil bildirib.
Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevin məhkəməyə çağırılmasını istəyib.
Hakim bildirib ki, ekspert rəyləri elan olunub və növbəti mərhələdə sənədlərin tədqiqinə başlanacaq.
Vəkil bildirib ki, Vilyam Hacıyevin səhhətində problemlər yaranıb:
"Müvəkkilimin səhhətində ciddi problemlər yaranıb. Hazırda onun səhhəti təcridxana qalmağa imkan vermir. Xahiş edirik, onun müalicə müəssisəsinə yerləşdirilməsinə köməklik edəsiniz".
Hakim qeyd edib ki, bununla bağlı onlar Penitensiar Xidmətinə yazılı müraciət olunmalıdır.
Vəkilin sözlərinə görə, Bakıda keçirilən beynəlxalq tədbirlə bağlı yollarda problem yaranır:
"Məhkəməyə gəlib getmək olmur. Buna görə də məhkəmə prosesi tədbir başa çatana qədər təxirə salınsın".
Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.
Vilyam Hacıyev uşaq bağçasının 5 min manatlıq avadanlığını “yeyib“
06
iyun
15:28

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - FOTO
Vilyam Hacıyevdə pnevmaniya aşkar edildi
Məşhur idmançı Vilyam Hacıyevin məhkəməsində ifadə verdi
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Vilyam Hacıyev vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi
Vilyam Hacıyevin qayınatası erməni olub?
Sabiq icra başçısı xəstəxanaya köçürüldü - vəziyyəti ağırdır
Məhkəmə Vilyam Hacıyevin şikayətini təmin etmədi
"Məktəb tikintisinə ayrılan pulun 440 minini Vilyam Hacıyevə verdim"
Koronavirusa yoluxan Vilyam Hacıyevdən XƏBƏR VAR
Vilyam Hacıyevin bu pulları necə yığdığı bəlli oldu
İcra başçısı Vilyam Hacıyevin kadrını İŞDƏN ÇIXARDI
Vilyam Hacıyev ifadə vermək üçün məhkəmədən vaxt istəyib Ətraflı
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Baş mühasib məbləği AÇIQLADI: “Pulu Vilyam Hacıyevə evində təqdim etmişəm”
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Vilyam Hacıyevin məhkəməsində şahidlər ifadə verib
Vilyam Hacıyevin məhkəməsi təxirə salınıb
Vilyam Hacıyevin məhkəməsi başlayıb
Vilyam Hacıyevin cinayət işi üzrə istintaq başa çatdı
Vilyam Hacıyevin oğlu vəzifəsindən azad edildi
"İşi biz görürdük, pul isə həmin şirkətə köçürülürdü"
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
"İcra hakimiyyəti binasının tikintisinə ayrılan vəsaitin 30 faizini Vilyam Hacıyevə verdim"
Sabiq icra başçısının həbs qoyulmuş 5 milyonluq əmlakı - SİYAHI
"Vilyam Hacıyevlə çox yaxın olmuşam, 5 min verdim..." - Məhkəmə
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
Veteran futbolçunun Vilyam Hacıyev barəsində şikayətinə xitam verildi
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- Hansı yaşda evləndikdə boşanma riski yüksək olur?
- Portuqaliya Ukraynaya 3 "Leopard" tankı verib
- Azərbaycan quş qripinə görə bəzi məhdudiyyətləri aradan qaldırdı
- Fransa xalqı Makronu istefaya ÇAĞIRDI
- Millət vəkilinə silahlı hücuma REAKSİYALAR
- Deputat Fazil Mustafa güllələndi - YENİLƏNİR
- Fazil Mustafanın güllələndiyi ərazidən GÖRÜNTÜLƏR
- Messi het-trik etdi, Argentinadan 7 qol - Video
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü