Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
16-09-2020, 12:27
153

Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı

Bakı şəhərində Koronavirus pandemiyasi ilə bağlı bir sıra məhdudiyyətlərin mövcudluğu şəraitində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri gündəlik olaraq paytaxt rayonlarında olur, əraziyə baxışlar keçirərək aşkar edilən nöqsanların aradan qaldırılması üçün yerli İcra Hakimiyyətləri nümayəndələri ilə birgə tədbirlər həyata keçirilir.

DİA.AZ xəbər verir ki, həmçinin əməkdaşlar paytaxtın qəsəbə və yaşayış massivlərində karantin şəraitinin tələblərinə uyğun şəkildə əhali ilə görüşlər də keçirirlər. Görüşlərdə ərazidə mövcud olan nöqsanlar, onların aradan qaldırılması yolları, yeni işlərin görülməsi, qəsəbələrdə yeni abad həyət və məhəllələrin, parkların salınması və s. ilə bağlı suallar müzakirə edilir, sakinlər tərəfindn qaldırılan məsələlər qeydiyyata alınaraq onların həlli üçün müvafiq tədbirlər hazirlanır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da son bir neçə gün ərzində paytaxtın müxtəlif qəsəbə və yaşayış massivlərində olub, buradakı vəziyyətlə maraqlanıb və sakinlərlə görüşüb.

Xəzər rayonunun Binə, Qaradağ rayonunun Lökbatan və Pirallahı rayonunun Pirallahı qəsəbələrindəki görüşlərdə vətəndaşları daha çox narahat edən məsələlər – məişət tullantılarının daşınması, qanunsuz tikintilərin aparılması və s. məsələlərə toxunulub, müraciət və təkliflər nəzarətə götürülüb.

Vəziyyətlə yerində tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud karantin qaydaları çərçivəsində Qaradağ və Xəzər rayonlarının İcra Hakimiyyəti Aparatlarında RİH əməkdaşları ilə keçirdiyi görüşdə ərazidəki vəziyyət, xüsusilə qanunsuz tikintilərlə bağlı konkret faktlar göstərib, cavabdeh şəxslər xəbərdarlıq edilib, 1 ay ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Eldar Əzizov bıldirib ki, ölkədə cənab Prezident tərəfindən aparılan islahatlar və korrupsiyaya qarşı tədbirlər daimidir və kompaniya xarakteri daşımır. Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturlarında nizam-intizam məsələlərinin daha da gücləndirilib, kadrların fəaliyyətinə və işlərə olan nəzarət artırılıb.

Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi

Oxşar xəbərlər

Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Bu qadağa da aradan qaldırıldı
Bakıda birgə reydlər keçirilir
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Güclü külək Zaqatalada fəsadlar törətdi
Şirvanda yoluxmaların sayının artması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Milli Məclisin yeni şöbəsindən gözləntilər: “Problemlər zamanında həllini tapacaq”
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Paytaxtda daha bir həyət abadlaşdırıldı - Foto
Güclü külək evlərə və köşklərə ciddi zərər vurub
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Gündəlik Bakı qəzetinin Şirvan şəhərində qaldırdığı məsələyə dərhal reaksiya verildi
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır – Başçı əraziyə gəldi
12 icra məmuru cəzalandırılıb
Prezident maraqlandı, meriya hərəkətə keçdi
Bakıda 551 küçə dezinfeksiya edildi