“Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi. Qeyd etdi ki, müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın enerji ehtiyatlarına olan tələbat kəskin şəkildə artır və bu istiqamətdə Azərbaycan üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir. Cənab Prezident bildirdi ki, 2021-ci ildə Azərbaycandan 22 milyard kubmetr təbii qaz ixrac edilir. Bu qazın da 8,2 milyard kubmetri Avropa bazarı üçün göndərilib. Bu il isə 24 milyar kubmetr təbii qazın ixfracı planlaşdırılır. Azərbaycan 9 milyard kubmetrdən çox qazı Avropa bazarı üçün satacaq. 2023-cü ildə isə bu rəqəmin daha böyük olacağı gözlənilir. Təkcə “Şahdəniz” yatağından deyil, digər yataqlardan da qaz hasil olunacaq. Bu da Avropanın artan enerji tələbatının ödənilməsində çox mühüm amillərdən biridir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, Prezident neft ixracı məsələlərinə də xüsusi diqqət çəkib: “Dövlət başçısı qeyd etdi ki, bir çox hallarda Azərbaycanın bu sahədəki potensialı düzgün qiymətləndirilməyib və bu günədək potensialdan tam istifadə edilməyib. Azərbaycan həm də neft ixrac edən dövlətdir. Eyni zamanda, tranzit ölkə kimi geniş potensialı var. Bu da diqqətdən yayınmamalıdır. Bu sahənin çox geniş perspektivi var. Prezident vurğuladı ki, enerji təhlükəsizliyində Azərbaycan hazırda şaxələndirmə siyasətinə sadiq qalaraq 3 neft, 4 qaz boru kəməri ilə dünya ölkələrinin tələbatının ödənilməsində ciddi amilə çevrilib. Bizim üçün prioritet sahə günəş və külək enerjisindən, bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə məsələləridir. Cənab Prezident bildirdi ki, hazırda günəş və küləyə əsaslanan 2 elektrik stansiyası inşa olunmaqdadır. Gücü 470 meqavatdır. 2023-cü ildə bu stansiyalar istifadəyə veriləcək. Cənab İlham Əliyev qeyd etdi ki, Xəzər dənizinin günəş və külək enerji potensialı 150 min meqaVatdır. Bu, çox nəhəng potensialdır. İşğaldan azad olunmuş ərazilərimizdə, xüsusən Kəlbəcər və Laçının külək və günəş potensialı 9-10 min meqaVatdır. Hidroelektrik enerjisini də bura əlavə etsək, bu, əlavə 1000 meqavat deməkdir. Göründüyü kimi, Azərbaycan təkcə neft-qaz potensialına deyil, həm də bərpa olunan çox böyük enerji potensialına malik ölkədir. Dünya dövlətləri də bunu görür və qiymətləndirir. Nəzərə alsaq ki, SOCAR və BP arasında azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatlıq gücə malik elektrik stansiyasının müzakirə səviyyəsindədir. Belə bir stansiyanın tikilməsi gözlənilir. Cənab Prezidentin yürütdüyü siyasət sayəsində enerji heç bir halda siyasi alətə çevrilməyib. Biz Avropanın enerji təhlükəsizliyinə töhvə veririk. Bu siyasətimiz heç bir halda üçüncü bir dövlətin əleyhinə yönəlməyib”, - deputat bildirib.
Elman Nəsirov: “Avropanın enerji təhlükəsizliyinə töhvə veririk, bu, üçüncü dövlətin əleyhinə yönəlməyib”
06
iyun
21:03

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın enerji siyasəti öz konkret nəticələrini verir" - Deputat
Elman Nəsirov: “Azərbaycanın qaz ixracı potensialı daha da artacaq”
Prezident Bakı Enerji Həftəsinin açılış mərasimində - FOTOLAR
Milli Məclisin iclası başladı: deputat Rusiya-Azərbaycan münasibətlərindən danışdı
İlham Əliyev enerji təhlükəsizliyindən DANIŞDI
İlham Əliyev Laura Loxmanı qəbul etdi
NATO dünyanın bir nömrəli problemini Azərbaycanla müzakirə edir
Deputat: Avropa İttifaqı Azərbaycana yeni alternativ enerji mənbəyi kimi baxır
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsas hədəf... - Şərh
ABŞ prezidentinin İlham Əliyevə yazdığı məktubdan bəzi MƏQAMLAR – ABŞ Qafqazda nə görmək istəyir?
ABŞ ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
"On ayda Cənub Qaz Dəhlizi ilə 14 milyard kubmetrdən çox qaz nəql etmişik" - Prezident
Tarixdə ilk dəfə Azərbaycan buna da nail oldu
"Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir" - İlham Əliyev
Azərbaycan və Türkiyə arasında yeni müqavilə İMZALANDI
Prezident Arnaud Breuillacı qəbul etdi
“Türkiyənin kəşf etdiyi qaz yatağı Norveçin son 10 ildəki kəşflərinin cəmindən böyükdür” – Fatih Birol
Elman Nəsirov: "Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir"
"Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sürətli inkişafı hər iki tərəfin maraqlarına cavab verir"
Azərbaycan Türkiyənin qaz bazarında Rusiyanı sıxışdırıb - Yaxın gələcəkdə nələr gözlənilir?
Lirə dəyər itirməkdə davam edir - Azərbaycanda türk malları ucuzlaşacaq
İranlı nazir Azərbaycana gəldi
Elman Nəsirov: “Ermənistanla münaqişə Avropa İttifaqı ilə gündəliyimizin tərkib hissəsi olmayıb, ancaq...”
BP ən çox zərər görən şirkətlər sırasında - 20,3 milyard dollar
Qara dənizdə tapılan təbii qaz nələri dəyişdirəcək?..
Avropa İttifaqı Şurasının Prezidenti “Dağlıq Qarabağ” ifadəsindən nə üçün istifadə etmədi? – Deputat səbəbini AÇIQLADI
"Dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb" - Prezident
Zelenski AES-dəki yanğından danışdı: “...bu, Avropanın sonu olacaq”
- Ölən dostunun 70 minlik toy üzüyünü oğurladı
- Dünyanın ən yaşlı kişi üçəmləri: Uzunömürlülüyün səbəbi - FOTO
- Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olunub - FOTO - YENİLƏNİB
- Prezident bu qurumun nizamnamə fondunu 240 milyon artırdı - FƏRMAN
- Binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
- Məşhur aktyor 5 ayda 22 kilo ARIQLADI: SƏBƏB
- Zəlzələ panikası: Əhali niyə bu qədər təlaş keçirdi?
- Uşaqlarını ağladıb analarını ölümcül döydü
- Bu qidalar bişirildikdən dərhal sonra yeyilməlidir - Əks halda...
- Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il cəza istənildi - Yenilənir
- Ukraynanın daha bir təyyarəsi vuruldu
- Türkiyədə evdən 45 ton zibil çıxdı - FOTO
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi