“Tutaq ki, Türkiyə ilə hərbi ittifaq sazişi alınmadı,   onda Qarabağın taleyi necə olacaq?..”
16-09-2020, 13:49
107

“Tutaq ki, Türkiyə ilə hərbi ittifaq sazişi alınmadı, onda Qarabağın taleyi necə olacaq?..”

İyul ayında Tovuz cəhbəsində vətənpərvər general, polkovnik və digər hərbçilərimizin şəhidliyi ilə nəticələnmiş gərgin döyüşlərdən sonra yenidən aktuallaşan Türkiyənin hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi məsələsi artıq aylardır ki,  gündəmdən düşmür... Müşahidə və təhlillərə görə, xalqın əksəriyyəti Türkiyə ordusunun Azərbaycanda qalaraq Qarabağın azad edilməsində ölkəmizə birbaşa dəstək verməsini istəyir. Hətta dəfələrlə qardaş ölkənin Bakıdakı səfirliyi qarşısında  “Türkiyə qal, torpaqlarımızı azad et”, “Ərdoğan, bizə yardım et” şüarlarıyla aksiyalar keçirilib... 

Bir çox siyasi liderlər Qarabağın azad edilməsi və ölkəmizin bundan sonra da müstəqil dövlət kimi sabit inkişafını təmin etməyin  yeganə yolunun Türkiyə ilə hərbi ittifaq sazişinin bağlanmasında görür.  Amma aydındır ki,  məsələnin belə qoyuluşu Şimal qonşumuzu qane etmir. Və ölkəmizdəki Rusiyapərəst qüvvələr mümkün qədər Azərbaycan-Türkiyə ittifaqının bağlanması, qardaş ölkənin ölkəmizdə hərbi bazalarının yaradılmasının qarşısını almağa çalışır...  

Bəs  tutaq ki, Türkiyə hərbi ittifaq barədə saziş bağlamadıq və bizim hərbi bloklara qoşulmamıza imkan verməyən Qoşulmama hərəkatından da çıxmadıq. O halda işğal altındakı torpaqlarımızın taleyi necə olacaq? Yenədəmi 30 ilə yaxındır ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya ilə danışıqlara ümid bəsləməliyik?..

Bu və digər suallarla bağlı Moderator.az-a açıqlama verən 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü kimi   Türkiyənin Qarabağ savaşında ölkəmizə yardım məsələlərini təşkil edənlərdən biri kimi fəaliyyət göstərmiş Azərbaycan Milli İstiqlal Partiyasının lideri  Etibar Məmmədov məsələyə bir az fərqli münasibət bildirib.

“Bilirsiz, ötən açıqlamalarda da vurğuladıım kimi, əsas məsələ Türkiyə ilə hərbi ittifaq barədə müqavilənin imzalanmasıdşır. Bununla bərabər hesab edirəm ki, məsələni “Türkiyə qal, torpaqlarımızı azad et” şəklində qoymaq da düzgün və məqsədəuyğun deyil. Çünki bizim dostumuz, qardaşımız olsa da, biz Türkiyə vətəndaşlarına və ya Türkiyə dövlətinə deyə bilmərik ki,  gəlin, bizim əvəzimizdən müharibə edin, gəlin bizim əvəzimizdən Qarabağı azad edin. Birinci növbədə Azərbaycan özünün bütün hərbi və iqtisadi potensialıyla bu müharibəyə hazır olmalıdır...  Azərbaycan vətəndaşları  da, bizim əsgərlərimiz də həmin savaşda ön sıralarda dayanmalıdır...   

Mən, qeyd etdiyiniz kimi, 1990-cı illərin əvvəlində, Qarabağ savaşının ilk günlərindən qardaş Türkiyənin yardımlarının lap başlanğıcında iştirak etmişəm... Və Türkiyə  bu günədək onlardan istədiyimiz hər şeyi edib və bundan sonra da  etməyə  hazır olduğunu bildirir.  Bunu son aylar Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və s. Azərbaycan şəhər və bölgələrindəki birgə hərbi təlimlərimiz, 15 sentyabr -Bakının Qurtuluşu günü münasibətilə Gəncə və Naxçıvanda birgə aviasiya uçuçları da  təsdiqləyir.... Amma  biz öz üzərimizə düşən vəzifəni birinci  özümüz üçün aydınlaşdırmalı, hədəflərimizi müəyyənləşdirməliyik.  Sonra da torpaqlarımızın azad edilməsi prosesində birgə necə iştirak edəcəyimizi hərbi müttəfiqlik sazişi əsasında ortalığa qoymalıyıq..."

“Tutaq ki, Türkiyə ilə hərbi ittifaq barədə saziş bağlamaq baş tutmadı və ölkəmizdə qardaş ölkənin bazaları yerləşdirilmədi. O halda Qarabağın taleyi necə olacaq? Yenədəmi 30 ilə yaxındır ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya ilə danışıqlara ümid bəsləməliyik?..” sualına cavabında isə partiya lideri belə deyib:

“Xeyr, Rusiya ilə danışıqlar aparmağın heç bir mənası və faydası yoxdur. Çünki bu prosesi yaradan da, onu gərginləşdirən də məhz  Rusiyadır. Və Azərbaycan torpaqlarının işğalında da Rusiya bilavasitə iştirak edib. Ona görə də kimsə Rusiyadan nəsə gözləyirsə, bunun heç bir mənası yoxdur. Rusiya 300 ildir ki, Azərbaycana verdiyi sözlərin heç birini yerinə yetirməyib... Həmişə də müsəlman, türk dünyasına arxadan zərbə vurub... Və bundan sonra da belə davam edəcək. Ona görə də Ermənistanla dost olan Rusiya ilə dostluğa can atmaq - ölkəmizi düşməni ilə dost etməyə çalışmaq deməkdir...”

Sultan Laçın

Oxşar xəbərlər

Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
Bakı şəhərinin azad edilməsinin 102 illiyi ilə əlaqədar Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda panika yarandı
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Ərdoğan: “Bir kərə yüksələn bayraq bir daha enməz”
Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək
Akar:"Bu təlimlər bütün dünyaya bir mesajdır"
Türkiyə Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq!
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
Türkiyə ordusunun generalı Suriyada vəfat edib
Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə videokofrans keçirdi - FOTO
Türkiyənin hərbi hissəsi raket zərbəsinə tutuldu: yaralılar var
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
Terrorçuların rəhbəri Arutyunyanın Gəncə təhdidi - Nə qədər real görünür?..
Qarabağda SAVAŞ BAŞLAYIRMI? - TƏDARÜK VAR
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Ərdoğan-Putin görüşündən əvvəl kritik gəlişmə: Tramp qərarı dəyişdi
Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
“Rusiya cəhd edir ki, Azərbaycan qarışsın” – İqbal Ağazadə
Əli Həsənov: "Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır"
Ermənistanın bu addımı müharibə deməkdir – Manasyan
Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib - FOTO