Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... - İnam Kərimovu necə gözdən salmaq istəyiblər?
16-09-2020, 14:13
189

Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... - İnam Kərimovu necə gözdən salmaq istəyiblər?

Akademik Ramiz Mehdiyev tərəfindən himayə edilən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın Prezidentin sabiq köməkçisi Əli Həsənovla da əlaqələri ortaya çıxıb.
Gündəlik Bakı Demokrat.az-a istinadən xəbər verir ki, İlhamə Qədimova Əli Həsənovun keçmiş köməkçisi, kəndlilərə zülm etməsi ilə tanınan Mehman Qədimbəylinin əmisi qızıdır.
Əli Həsənov kənd təsərrüfatı sahəsində də özünün biznesini genişləndirən zaman bu işdə ona ən böyük dəstəyi nazir müavini olaraq İlhamə Qədimova verib. Bunun nəticəsində Əli Həsənov kəndlilərin torpaq sahələrini dəyər dəyməzinə alaraq öz biznes təsərrüfatını genişləndirib. Əvəzində isə Əli Həsənov həm İlhamə Qədimovanı, həm də onun əmisi olan Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini mediada tənqidlərdən “qoruyub”, tənqid edən KİV-ləri isə əzməyə çalışıb.

Əvvəlki soyadı Qədimov olan Yusif Qədimbəylinin qardaşları və özünün soyad sonluqlarını müxtəlif vaxtlarda Qədimov, Qədiməliyev, Qədimbəyli, Qədimli kimi dəyişsələr də Ramiz Mehdiyev və Əli Həsənovun himayəsi ilə böyük siyasi və biznes klanı qura biliblər. Həm dövlət, həm də biznesdə özlərinə möhkəm mövqe tutmağı bacaran bu klanın adı hər zaman neqativ qalmaqallarda, insanların haqqını kəsməkdə, sadə vətəndaşlara zülm etməkdə və onları şərləməkdə hallanıb.
Xatırlatmaq yerinə düşər ki, Mehman Qədimbəyli kənd təsərüfatı nazirinin Ramiz Mehdiyev tərəfindən himayə edilən müavini İlhamə Qədimovanın doğma əmisi oğludur. Kəndlilərə zülmkarlığı ilə ad çıxarmış Əli Həsənovun keçmiş köməkçisi Mehman Qədimbəyli əmisi qızı İlhamə Qədimova tərəfindən mənəvi öhdəlik kimi himayə edildiyi bildirilir.

İlhamə Qədimova Kənd Təsərüfatı Nazirliyində Ramiz Mehdiyev klanını təmsil edir və nazirlikdə bu klana rəhəbərlik edir.
O əmisi “Sədərək Yusif”in lobbiçiliyi və ağsaqqalı Ramiz Mehdiyevin dəstəyi ilə sürətli vəzifə sıçrayışna nail ola bilib. Buna görə də o, Ramiz Mehdiyevi qəbul etməyən sağlam əqidəli şəxsləri Ramiz Mehdiyev zaman-zaman sıradan çıxarmağı bacarıb.
Hər imkanda İlhamə Qədimovanı qoruyan Ramiz Mehdiyev şəffaf və bacarıqlı kadr kimi tanınan kənd təsərrüfatı naziri İnam Kərimovun da sərbəst fəaliyyətinə müdaxilələr etməkdən çəkinməyib. Hətta, İnam Kərimov yeni nazir təyin ediləndən sonra ona qarşı tez-tez mediada qarayaxma kampaniyası başladılıb. Bu kampaniyanın başında həmin vaxtı yüksək vəzifələr tutmuş Ramiz Mehdiyevlə Əli Həsənovun dayanması heç kəsdə şübhə yaratmırdı.
Məlumatda qeyd edilir ki, İlhamə Qədimova “Sədərək Yusif” başda olmaqla bütün qohumlarına kənd təsərüfatı sektorunda böyük biznes imperiyası qurmağa kömək edib. Məhz bu amilə görə “Sədərək Yusif” və qohumları son zamanlar kənd təsərüfatı biznesində çox sürətlə irəliləməyə nail olublar.
Mövzu üzrə araşdırmalar davam edir…

Oxşar xəbərlər

Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."
“Sədərək”dən açıqlama: “Yusif Qədiməliyevi kim işdən çıxara bilər?”
Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Əli Həsənov tapıldı
Əli Həsənov şantaja keçir: Siyasi alver
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
"Krışasız" qalan Yusif Qədiməliyev “Sədərək” Ticarət Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
Əli Həsənovun halı pisləşdi - Almaniyaya aparılır
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Əli Həsənovun qırmızı yalanı
Əli Həsənov hökuməti belə aldadırmış
Əli Həsənov daha bir media rıçaqını itirir
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və...daha kimlər? - Sensasion şəbəkə
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Vasif Talıbovun sələfi vəfat etdi - FOTO
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən açıqlamalar
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı