"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
16-09-2020, 14:17
222

"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA

“Əli Həsənov FETÖ yaranandan oranın üzvüdür”.

Bunu KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Hafiz Hacıyev bildirib ki, ölkə prezidentinin və dövlətçiliyin qorunması üçün həyatını təhlükəyə atır: “Dəfələrlə mən demişəm ki, ölkə daxilində kifayət qədər FETÖ-çu var. Azərbaycanda 5-ci kolon FETÖ kimi bir şeydir. Bunun da başında Ramiz Mehdiyev durur. Bir neçə il öncə keçmiş deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun və Əli Həsənovun FETÖ ilə əlaqələrinin gizli əlaqələrinin olması ilə bağlı komitə rəhbəri məlumat vermişdi. O vaxt həmin komitə rəhbəri söyləmişdi. Ramiz Mehdiyevin başçılıq etdiyi və  Elnur Aslanov və Əli Həsənovun da daxil olduğu Azərbaycanda güclü FETÖ qruplaşması var. Biz bunun üzərini açanda bizə böyük hücumlar oldu. Düzdür, o komitə sədri işdən çıxarılsa da, Elnur Aslanovun işdən kənarlaşdırılmasına da nail ola bildi. Ona görə də Əli Həsənov yeni FETÖ üzvü deyil. Azərbaycanda bu qruplaşma yaranandan oranın üzvüdür.  FETÖ-nun üzvü tək Əli Həsənov deyil. Mübariz Mənsimov da dedi ki, gedib Fətullah Gülənlə görüşdüm, o da mənə təsbeh hədiyyə verdi. Deməli bu əlaqələr çoxdan var”.
Hafiz Hacıyev bildirib ki, Azərbaycanda FETÖ-nun başında 5-ci kolonun üzvü və xaç atası Ramiz Mehdiyev dayanır. Nə qədər mənəviyyatını itirən, arvadı erməni olanlar vəzifəyə yerləşdirildi: “Lakin onların hər biri cənab Prezident tərəfindən vəzifələrindən uzaqlaşdırıldı. Əli Həsənov FETÖ-da xırda adamdır. Məndə olan məlumata görə, Əli Həsənov Amerikaya uçur. İstəyir ki, FETÖ-nun yanında o da bir təsbeh çəksin. Ramiz Mehdiyev və Əli Həsənovun aldıqları milyardlar sizcə nəyin hesabına olub. Ayda aldıqları 1500 manata bu qədər var-dövlətə sahib olmaq qeyri-mümkündür. Onların hər biri FETÖ-nun üzvüdür. 30 ildir ki, onlara görə Dağlıq Qarabağ problemi həll edilməmiş qalır. Əli Həsənov orada Ramiz Mehdiyevin sağ əli idi. Əli Həsənov, onun ətrafı araşdırılmalıdır. Ən önəmlisi isə Əli Həsənov barəsində İnterpola axtarış verilməli və Ramiz Mehdiyevdən aldığı tapşırıqları etiraf etməldir. O tapşırıqlar əsasında harda Azərbaycanın imicinə zərbə vurub. Xaricdə yayımlanan internet televiziyalarına hansı yalançı məlumatlar göndərilib və hansı məqsədlə bütün bunların üstü açılmalıdır. Kərimov Əliyə ayda kimlərin vasitəsilə nə qədər pul veriblər. Hamısı açılıb ortaya qoyulmalıdır”
Natiq Səlim

Oxşar xəbərlər

Türkiyənin dövlət qəzeti Əli Həsənovu "FETÖ"çü adlandırdı
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
Mübariz Mənsimov məhkəmədə hansı sirləri açdı? - VİDEO
Türkiyə güc strukturlarından 323 min FETÖ-çu qovuldu
Türk ordusundan 20 min FETO-çu qovulub
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... - İnam Kərimovu necə gözdən salmaq istəyiblər?
Rövnəq Abdullayevin otel biznesi -''SOCAR''ın pulları ''FETO''ya xərclənib?
AMEA-da vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Əli Həsənov şantaja keçir: Siyasi alver
Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”
ANS-dən Əli Həsənovla bağlı AÇIQLAMA
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi
“Əli İnsanov çaşıb, başından yekə hərəkətlər edir”
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
“Kontakt Home”un sahibi  Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
“Ramiz Mehdiyev çalışır ki, ölkədə qan tökülsün, təxribat olsun” – SENSASİON AÇIQLAMA
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol